Accessibility links

“Kimə şikayət edim?” Bəxtiyar Hacıyev saxlanıldıqdan sonra vətəndaşlıqdan çıxmaq üçün müraciət etdiyini bildirir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Avqustun 22-də mülki geyimli şəxslər ictimai fəal Bəxtiyar Hacıyevi saxlayıb.

Hacıyevin özü saxlanıldıqdan öncə onun qışqırığının eşidilməsilə bağlı 2 saniyəlik video yayımlamağa müvəffəq olub: “Deyirəm, burax!” və telefonu qapanıb.

Son bir ildə Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi və nazir Vilayət Eyvazovun ünvanına tənqidlərə görə bir neçə dəfə saxlanıldığını bildirib.

Bəxtiyar Hacıyev bu gün altı saat saxlanıldıqdan sonra sərbəst buraxılıb. Lakin onun facebook səhifəsində sin günlər daxili işlər naziri ilə bağlı yazdığı statuslar və son canlı yayımı pozulub.

İctimai fəal sərbəst buraxıldıqdan sonra Amerikanın Səsinə müsahibəsində deyib ki, evindən ofisə gedəndə yolda mülki geyimli şəxslər ona hücum edib.

“Onların kimliyini bilmədiyim üçün müqavimət göstərdim. Soruşdum kimsiniz? Özlərini təqdim etmədilər. Mən də müqavimət göstərdim, canlı yayım açdım. Sonra məni zorla maşına mindirib banditizmə (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) apardılar. Orada da bir az vurdular. Sonra idarənin rəisi qəbul etdi. Faktiki olaraq məni şantaj etdi ki, bundan sonra Vilayət Eyvazovla (daxili işlər naziri-red) bağlı nə isə yazsan sənin üçün pis olacaq. Vilayət Eyvazov və Fuad Muradovla bağlı yazdığım posları pozdular.”

Bəxtiyar Hacıyev Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:01:55 0:00

O, saxlanılması ilə bağlı şikayət vermək fikrində olmadığını deyib.

“Kimə şikayət edim? Əgər bir ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi cinayətkarları kənara qoyub, ictimai fəallarla, jurnalistlərlə, siyasətçilərlə məşğuldursa, belə bir ölkədə harasa şikayət etməyin mənası yoxdur. Mən ölkə başçısna müraciət etdim və vətəndaşlıqdan çıxmaqla bağlı rəsmi müraciət etdim,” o, qeyd edib.

İctimai fəal işgəncədən danışarkən deyib: “Yumruqlayıblar, başıma, qollarıma vurublar, özlərinə layiq ifadələrlə təhqir ediblər,” o qeyd edib.

Daxili İşlər Nazirliynin Mətbuat xidmətindən Amerikanın Səsinə ictimai fəalla bağlı əvvəlcə hər hansı məlumata malik olmadıqlarını biliriblər. Sonra isə telefonlara cavab verməyiblər.

XS
SM
MD
LG