Accessibility links

Bəxtiyar Hacıyev təhdid edildiyini bildirib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev fevraın 11-də Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində təhdid edildiyini bildirib.

Fəalın sözlərinə görə, Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində dəvət edilsə də, idarənin rəis müavini, polkovnik Vüqar Ələkbərov onu otağına dəvət edərək çox sərt şəkildə təhdid edib.

Gənc fəal bunu Daxili İşlər naziri Vilayət Eyvazov haqqında yazdığı tənqidi statusla izah edib.

Amma Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Bəxtiyar Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz.

"Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır," o qeyd edib.

Bəxtiyar Hacıyev hökumtin tənqidçisi kimi tanınır. O 2007–2009-cu illərdə Harvard Universitetində İctimai Siyasət üzrə magistr pilləsində təhsil alıb, MPP (Master in Public Policy) dərəcəsi alıb.

Hacıyev son parlament seçkilərində deputatlığa namizəd olub. Seçkilərdə qalib gəldiyini iddia etsə də, Mərkəzi Seçki Komissiyası digər namizədə mandat verib.

O, 4 mart 2011-ci ildə həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu zaman Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu" elan edilib. ABŞ Dövlət Katibi Hillari Klintonun 2012-ci il iyunun 6-da Azərbaycana səfərindən iki gün öncə iyunun 4-də Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Dövlət Katibi Bakı səfəri çərçivəsində Bəxtiyar Hacıyevlə görüşüb.

Onun 2004-2005-ci illərdə "Təhsildə rüşvətə YOX deyək" adlı aksiyası ölkədə geniş dəstək alıb və bu zaman təzyiqlərə məruz qalıb. 2007-ci ilin yanvarında, işıq, su, qaz pullarının birdən-birə 2-3 dəfə qaldırılmasına etiraz olaraq "susmayaq.biz" saytını qurub, imzatoplama kampaniyası apardığı zaman sayta Azərbaycanda giriş bağlanıb və o 12 sutka inzibati həbs edilib, iki gün sonra Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

Hacıyev son aylarda da bir neçə dəfə hüquq mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. O bu xəbərdarlıqları ictimai-siyasi fəaliyyəti və sosial şəbəkələrdə tənqidləri ilə əlaqələndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG