Accessibility links

Norveç Helsinki Komitəsi Bəxtiyar Hacıyevi dərhal azad etməyi tələb edir 


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətindən keçən həftə həbs olunan hüquq müdafiəçisi və hökumət tənqidçisi Bəxtiyar Hacıyevi dərhal azad etməyi və saxta ittihamları ləğv etməyi tələb edir.

Bu barədə Komitənin facebook səhifəsində paylaşımında deyilir.

Komitəs hesab edir ki, Bəxtiyar Hacıyevi üç ilə qədər həbs cəzası gözləyir.

“Hesab edirik ki, o, siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Tənqidçiləri şübhəli cinayət ittihamları ilə hədəfə almaq və ya onlara uzunmüddətli həbs cəzası vermək azad sözə soyuqqanlı təsir göstərir və Azərbaycan hökumətinin islahat aparmaq iddialarını sarsıdır” - komitə qeyd edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Barəsində qətimkan tədbiri seçilmək üçün dekabrın 9-da məhkəməyə göndərilib.

Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən İllik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq" , Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

XS
SM
MD
LG