Accessibility links

Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə komitəsi yaradılıb


Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə komitəsi yaradılıb
Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə komitəsi yaradılıb

Dekabrın 10-da, bir gün əvvəl həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə komitəsi yaradılıb. Bu barədə məlumatı "Müdafiə Xətti"nin icraçı direktoru Rüfət Səfərov xəbər verib. Onun sözlərinə görə, Hacıyevin həbsi ilə hakimiyyət pis niyyətlərindən geri çəkilmək niyətində olmadıqlarını göstərir.

Hüquq müdafiəçisi bildirib ki, mətbuat konfransı elə Bəxtiyar Hacıyevin ofisində planlaşdırılsa da, Caspian Plazanın mühafizə xidmətinin rəisi ofisə gələrək tədbirin keçirilməsinə imkan verməyəcəklərini bildirib. Səfərov tədbiri “Müsavat” Partiyasının qərargahında keçirdiklərini bildirib.

Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə komitəsi yaradılıb.
Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə komitəsi yaradılıb.

"Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittihamlar saxta və siyasi motivlidir. Bəxtiyar Hacıyev siyasi məhbusdur. Hacıyevin “xuliqanlıq” və “məhkəməyə hörmətsizlikdə” ittiham olunmasının hüquqi əsası yoxdur. Hakimiyyət Bəxtiyar Hacıyevi siyasi fəaliyyətilə əlaqədar təqib edir və onun həbsinə dair göstəriş “hakimiyyətin zirvəsi”ndən gəlir”, deyə hüquq müdafiəçisi bildirib.

Rüfət Səfərovun fikrincə, Hacıyevin həbsi onun son vaxtlar bir sıra mötəbər beynəlxalq forumlarda iştirakı ilə bağlıdır və o, Azərbaycanda insan haqlarının pozulmasını tənqid edib, həmçinin müxalifətyönlü adamlara qarşı repressiyalarda iştirak edən məmurlara sanksiyaların tətbiqinə çağırıb.

“Bununla əlaqədar Bəxtiyar Hacıyevi təcrid etmək istəyirlər. Yaxın vaxtlarda Hacıyevin ABŞ-a səfəri planlaşdırılmışdı”, deyə Səfərov bildirib.

Hüquq müdafiəçisi Hacıyevin müqəddaratından narahat olduğunu bildirib:

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

“Ona qarşı sanksiyaların tətbiq olunmayacağına zəmanət yoxdur. Əgər azadlıqda ikən oğurlanıbsa, gör, həbsdə olarkən necə rəftar edəcəklər”, - deyə Səfərov deyib.

Azərbaycanın hökumət rəsmiləri Bəxtiyar Hacıyevin həbsi ilə bağlı hələ şərh verməyib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. Bəxtiyar Hacıyev barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Barəsində qətimkan tədbiri seçilmək üçün dekabrın 9-da məhkəməyə göndərilib.

Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa ittifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən İllik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

XS
SM
MD
LG