Xocalı faciəsindən 31 il ötür. Fevralın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən "Ana fəryadı" abidəsini ziyarət edib.
Ağa Mehdiyev Türkiyədə zəlzələ baş verdikdən sonra könüllü olaraq öz hesabına oraya yollanıb. Zəlzələnin daha çox zərər verdiyi bölgələrdən olan Hatay və Kahramanmaraş şəhərlərində olan Ağa Mehdiyev orada xilasetmə əməliyyatlarında iştirak edib.
Vəkil Fəxrəddin Mehdiyev: "Vəziyyəti təhlükəli olduğuna görə həkimlərlə görüşəndən sonra bizə bildirdilər ki, komaya düşə bilər. Ona görə biz çox xahiş etdik ki, heç olmasa su qəbul etsin. Su qəbul edib, amma aclığı davam edir. Vəziyyəti də kritikdir".
Fevralın 17-də bir qrup hüquq müdafiəçisi Pentensiar Xidmətin müalicə müəssisəsinin qarşısında toplaşıb. Onlar həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin quru aclığa başlamasından narahatdırlar. Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevin tezliklə azad olunmasını tələb edirlər.
Fevralın 14-də Xətai Rayon Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsinə dair vəsatətə baxılıb.Müdafiə tərəfi vəsatəti Hacıyevin həbsdə saxlanılmasına "istintaq zərurətinin olmaması" ilə əsaslandırsa da, hakim vəsatəti təmin etməyib.
Türkiyədəki zəlzələdə həyatını itirənləri anmaq üçün bura gələn vətəndaşlar binanın önünə gül dəstələri qoyurlar. Bundan başqa, Bakının müxtəlif məntəqələrində zəlzələdən zərər çəkənlər üçün aktiv şəkildə humanitar yardım toplanışı da davam edir.
Yanvarın 31-də müxalifət partiyaları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümünü münasibəti ilə Bakının Novxanı kəndində onun abidəsini ziyarət ediblər.
Daha çox yüklə