Accessibility links

Ali Məhkəmə Müsəlman Birliyi Hərəkatı fəalının kassasiya şikayətini təmin etməyib


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Bu gün Ali Məhkəmədə Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadənin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı kassasiya şikayətinə baxılıb.

Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın səsinə açıqlamasında bildirib ki, şikayətin təmin edilməsi üçün əsaslı səbəb var idi:

"Keçən il bu günlərdə Əhsən Nurizadənin həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Cəzasının üçdə iki hissəsindən çoxunu çəkdiyi üçün Nizami rayon məhkəməsinə onun vaxtından əvvəl şərti azadlığa buraxılması üçün müraciət etmişdik. Məhkəmə bizim şikayəti təmin etmədi. Bakı Apellyasiya məhkəməsi də Nizami rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Sabah Əhsən Nurizadənin xanımının ildönümüdür. Ümid edirdik ki, heç olmasa bunu nəzərə alarlar. Təəssüf ki, şikayətimiz təmin edilmədi".

Vəkil qərardan Avropa insan haqları məhkəməsinə şikayət verəcəklərini bildirib.

XS
SM
MD
LG