Accessibility links

Məhkəmə insan haqları fəalı Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi ilə bağlı vəsatətini yenə də təmin etməyib


İnsan haqları fəalı Bəxtiyar Hacıyev Xətai Rayon Məhkəməsindən çıxarılarkən. (14 fevral, 2023)
İnsan haqları fəalı Bəxtiyar Hacıyev Xətai Rayon Məhkəməsindən çıxarılarkən. (14 fevral, 2023)

Fevralın 14-də Xətai Rayon Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsinə dair vəsatətə baxılıb.

Müdafiə tərəfi vəsatəti Hacıyevin həbsdə saxlanılmasına "istintaq zərurətinin olmaması" ilə əsaslandırsa da, hakim vəsatəti təmin etməyib. Vəkil Rövşanə Rəhimli bildirib ki, Bəxtiyar Hacıyevin səhhətində olan problemlərə görə də, bu, vəsatətin təmin edilməsini tələb ediblər.

Rövşanə Rəhimli, vəkil.
Rövşanə Rəhimli, vəkil.

"Bəxtiyar Hacıyev özünü yaxşı hiss etmir. Baxmayaraq ki, müalicə müəssisəsinə yerləşdirilib, aclıq aksiyasına davam edir. Artıq aksiyanın 37-ci günüdür. Qeyd edim ki, çəkisində həddindən artıq azalma var, 68 kiloqrama düşüb. Təzyiqi də çox aşağıdır, nəbzi aşağı vurur. Görünüş olaraq da çox solğun görünürdü".

Məhkəmə iclasında Bəxtiyar Hacıyev iştirak edib. O, çıxışında qeyd edib ki, onu ictimai fəaliyyətinə, hökuməti tənqid etdiyinə, beynəlxalq arenadakı çıxışlarına görə həbs ediblər. Bəxtiyar Hacıyev azadlığa buraxılana qədər aclığı davam etdirəcəyini bildirib.

Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev öz iradəsinin əleyhinə olaraq müalicə müəssisəsinə köçürülüb.

Aqil Layıc, vəkil.
Aqil Layıc, vəkil.

"Müalicə müəssisəsində sistem qoşmaq istəsələr də, Bəxtiyar Hacıyev qəti şəkildə etiraz edib. Qeyd edib ki, huşum yerində olduğu müddətdə öz bədənim haqqında qərarları özüm verirəm. Heç kim buna müdaxilə edə bilməz. Həmişə olduğu kimi, Bəxtiyar Hacıyev qeyd etdi ki, onun həbsi siyasi əsaslıdır. Aktiv fəaliyyəti, cəmiyyətdə tutduğu mövqeyə görə həbs olunduğunu bildirdi".

Müdafiə tərəfi Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Bəxtiyar Hacıyev yenə də ev dustaqlığına buraxılmadı
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 37 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.

XS
SM
MD
LG