Accessibility links

Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevin tezliklə azad olunmasını tələb edirlər


Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevin tezliklə azad olunmasını tələb edirlər
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Fevralın 17-də bir qrup hüquq müdafiəçisi Pentensiar Xidmətin müalicə müəssisəsinin qarşısında toplaşıb. Onlar həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin quru aclığa başlamasından narahatdırlar. Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevin tezliklə azad olunmasını tələb edirlər.

Rüfət Səfərov, insan haqları müdafiəçisi
Rüfət Səfərov, insan haqları müdafiəçisi

"Müdafiə Xətti" insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov: "Anası ilə görüşünə əngəl yaradıblar. Ombudsman və digər müdafiə prosesini qurmaq üçün təşkilatlara, mərkəzlərə müraciətlərini, zənglərini əngəlləyirlər. Bəxtiyarın sözlərini olduğu kimi demək istəyirəm. O deyir ki, sadəcə boğaza yığılmışam, bu prosesin bu qədər uzun çəkməsində maraqlı deyiləm. 39-cu günün tamamında quru aclığa start verib."

Zaur Əkbər, insan haqları müdafiəçisi
Zaur Əkbər, insan haqları müdafiəçisi

"Müdafiə Xətti" insan haqları təşkilatının həmtəsisçisi Zaur Əkbər: "Ölüm aclığına keçibsə, bu dövlət üçün böyük bir utancdır, humanitar faciədir. Yəni dövlət deyirlər güclüdür, amma hökumət heç bir administrativ resursu olmayan, əliyalın bir vətəndaşının aclıq aksiyasına hikkəylə yanaşır. Dövlət başçısına çatdırmalıdırlar ki, bu məsələ faciə ilə nəticələnə bilər. Hətta Bəxtiyar Hacıyev qeyd edib ki, mən quru aclıq etdiyim halda məni zorla yedirtsələr intihar edə bilərəm."

Adil Qeybulla, həkim
Adil Qeybulla, həkim

Həkim Adil Qeybulla bu gün Bəxtiyar Hacıyevi müayinə etmək üçün müalicə müəssisəsinə gəlib. O, Amerikanın Səsinə bildirib ki, Hacıyevlə bağlı təcili müvafiq qərar qəbul edilməlidir:

"Mən deyərdim ki, psixologiyasında müəyyən dəyişikliklər var. Daha çox əsəbi gördüm onu. Digər tərəfdən də bu gedişdən onun vəziyyəti ağırlaşa bilər, komaya düşə bilər. Mən ona istədim ki, infuziya edəm, müəyyən qədər dəstək verək. Hər halda bu qida müdaxiləsi deyil. Amma ona da razı olmadı. Yəni bütün bunların hamısı həm müalicə müəssisəsinin işçiləri, həm də vəkilin iştirakıyla baş verdi. Əlbəttə o müalicə müəssisəsindədir, səhhətiylə bağlı hər hansısa bir ciddi problem yaranacağı təqdirdə onda əsasnamə ilə onun səhhətinə müdaxilə etmək hüququ həkimlərdə qalır."

Rövşanə Rəhimli, vəkil
Rövşanə Rəhimli, vəkil

Vəkil Rövşanə Rəhimli Bəxtiyar Hacıyevlə görüşdən sonra bildirib ki, o, quru aclığı davam etdirməkdə qərarlıdır:

"Qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasını davam etdirir. Hesab edir ki, onun barəsində bu aparılan cinayət işi qanunsuzdur və ona xitam verilməlidir. Quru aclığı ilə bağlı biz çox narahatçılıq keçiririk. Özü ilə də xeyli söhbət etdik, amma quru aclığı dayandırmaq fikri yoxdur. Özü deyir ki, mən ölümü gözə almışam. Yəni mənim üçün artıq heç nəyin əhəmiyyəti yoxdur. Saxlanma şəraitindən narazalıq etdi bir qədər. Yəni müəyyən problemləri var, biz müəssisənin rəhbəri ilə danışdıq. Çalışırıq ki, həmin məsələlər öz həllini tapsın".

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 40 gündür aclığı davam etdirir. O özünün və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

XS
SM
MD
LG