Accessibility links

Vəkillər 45 gündür aclıq edən insan hüquqları fəalı Bəxtiyar Hacıyevlə görüşüblər


Vəkillər 45 gündür aclıq edən insan hüquqları fəalı Bəxtiyar Hacıyevlə görüşüblər
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Fevralın 22-də vəkillər Penitensiar Xidmətin Müalicə müəssisəsində 45 gündür aclıq edən insan hüquqları fəalı Bəxtiyar Hacıyevlə görüşüb.

Bu gün, həmçinin müstəntiq Müalicə Müəssisəsinə gələrək istintaq hərəkəti aparıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, müstəntiq əlavə ekspertiza təyin edib. Onun sözlərinə görə, gedişat Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılmasına göstərir:

"Əvvəlki səs yazılardır. Həmin sualı əvvəldən qoymaq lazım idi ki, təqdim olunan materialda montaj əlamətləri var, yoxsa yox? Onu indidən istintaq müddətini artırmaq bəhanəsi olsun deyə indi əlavə ekspertiza formasında təyin edirlər. Bununla süni olaraq, həm həbs, həm də istintaq müddətini artıracaqlar".

Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbiri fevralın 28-də başa çatır.

O, hazırda 45 gündür aclığı davam etdirir. Bəxtiyar Hacıyev 5 gün su qəbulundan da imtina etmişdi. Fevralın 21-dən etibarən yenidən su qəbul etməyə başlayıb.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Bəxtiyar Hacıyevin vəziyyəti ağırdır:

"Vəziyyəti təhlükəli olduğuna görə həkimlərlə görüşəndən sonra bizə bildirdilər ki, komaya düşə bilər. Ona görə biz çox xahiş etdik ki, heç olmasa su qəbul etsin. Su qəbul edib, amma aclığı davam edir. Vəziyyəti də kritikdir".

Vəkil Şəhla Hümbətovanən sözlərinə görə, Hacıyev hələ də saxlanılma şəraitindən narazıdır:

"Dünən ona söz vermişdilər ki, ona psixoloji təzyiq edən nəzarətçilər otağından uzaqlaşdıracaqlar. Hələ də etməyiblər bunu, həmin nəzarətçilər otaqdadır. Bəxtiyar Hacıyev üçün bu, əlavə qıcıq mənbəyidir. Çox kiçik ölçüdə olan kameradadır və orada hərəkət etmək imkanı olmadığını deyir".

XS
SM
MD
LG