Accessibility links

AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib


Zamin Salayev
Zamin Salayev

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin apellyasiya şikayətini baxılıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zamin Salayev şikayəti təmin olunmayıb. Məhkəmə siyasi fəalı həbsdə saxlayıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, Zamin Salayev 13 gündür aclıq edir:

“Zamin Salayev məhkəmədə bildirdi ki, ona qarşı irəli sürülən ittiham yalandır. Onu şərləyiblər. Salayev heç kimə hücum etmədiyini, əksinə özü hücuma məruz qaldığını bildirib. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər onu təhqir edərək əlində bıçaq üstünə cumub. Bu zaman o özünü müdafiə edib. Bir neçə dəqiqədən sonra polislər artıq Zamin bəyi saxlayıb".

Vəkilin sözlərinə görə, Zamin Salayev aclığı dayandırmağı düşünmür:

“O çıxışında bildirdi ki, aclığı ölənədək davam etdirəcək. Ya həbsdən azadlığa çıxacam, ya da ölüb çıxacam”.

Vəkil Nemət Kərimli bildirib ki, Apelyasiya məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev barədə üç ay həbs qətimkan tədbiri seçib.

Zamin Salayevə qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqablıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

XS
SM
MD
LG