Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və inkişaf partiyasının sədri Əli Əliyevin Sabunçu rayon məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının yanvarın 20-si ziyarəti zamanı Şəhidlər Xiyabanına girişi məhdudlaşdırılıb. Polis əməkdaşları səsucaldıcılar vasitəsilə ərazidə dezinfeksiya işləri aparıldığını bildirib. 2 saat sonra ziyarət bərpa edilib.
Yanvarın 18-də "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkənlər Azərbaycan Demokrat Partiyasının qərargahında mətbuat konfransı keçiriblər. Konfransda bu iş üzrə işgəncə nəticəsində öldürüldüyü bildirilən şəxslərin yaxınları övladlarına şəhidlik statusunun verilməsini tələb edib.
Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin Xətai Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.
Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək aksiyaya davam edəcəklərini bildiriblər. Onlar yanvarın 17-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başlatdığı aclıq aksiyası davam etdirirlər.
Cəfər Mirzəyev Almaniyadan qayıtdıqdan sonra 2021-ci ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 6 fəaldan biridir.
2022-ci ilin noyabrında Bakının Sabunçu rayon Məhkəməsi partiya sədrini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) kamera yoldaşını döymək ittiham ilə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edib.
Festivalda 40-a yaxın nəşriyyat, 20-yə yaxın kitab mağazası iştirak edib. Ziyarətçilər festival çərçivəsində müəlliflər üçün ayrılan masalarda yazıçılarla görüşmək, həmçinin, kitablarını imzalatmaq imkanı qazanıb. Kitab nəşriyyatları oxucuları cəlb etmək üçün endirimli kitablar təklif edib.
Kitab 72 məqalədən ibarətdir və əsasən, İran, İsrail və Türkiyəni əhatə edən tarixi hadisələri əks etdirir.
Yanvarın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirənlərə baş çəkib. Həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq başladılan aclıq aksiyası davam edir.
Daha çox yüklə