Accessibility links

VİP sədri Əli Əliyevin Apellyasiya Məhkəməsinə şikayəti əsasında ilkin məhkəmə iclası keçirilib


VİP sədri Əli Əliyevin Apellyasiya Məhkəməsinə şikayəti əsasında ilkin məhkəmə iclası keçirilib
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Sabunçu rayon məhkəməsinin hökmündən verdiyi şikayətla bağlı ilkin baxış iclası keçirilib.

Ötən ilin noyabrında Bakının Sabunçu rayon Məhkəməsi partiya sədrini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) kamera yoldaşını döymək ittiham ilə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edib.

Elmar Rəhimovun sədrliyi ilə keçirilən apellyasiya məhkəməsində Əli Əliyev ərizə ilə çıxış edib. O, məhkəmənin ədalətli hökm çıxaracağına inanmadığını, eyni zamanda səhhətində olan problemlərə görə bundan sonrakı məhkəmə iclaslarında iştirak etmək istəmədiyini bildirib. Dövlət ittihamçısı və qarşı tərəf buna etiraz etmədiyi üçün ərizə hakim tərəfindən qəbul edilib.

VİP sədrinin müavini Zaur Mahiroğlu məhkəmə iclasında iştirak edib:

"Bizləri də içəri buraxmaq istəmirdilər. Çünki biz içəri girəndə Əli Əliyev on hakimə ilk sualı bu oldu ki, niyə bu qədər dava, söz-söhbət lazım idi ki? Əvvəlcədən mənim nümayəndələrimi, partiya üzvlərimi içəri buraxasınız? Yəni, içəri buraxmamaü kimi qərarları var imiş. Sadəcə olaraq Əli Əliyev etiraz etdikdən sonra məhkəməyə bizdən 5 nəfəri buraxdılar. İçəridə kənar şəxslər var idi. Əli Əliyev bildirdi ki, mənim tanımadığım şəxsləri bura gətirirsiniz ki, zal doludur".

Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Əbülfət Sadıqov proseslərə yalnız Əli Əliyevə dəstəyini bildirmək üçün qatıldığını qeyd edib. O bildirib ki, məhkəmədə ədalətli qərar veriləcəyinə ümidi yoxdur:

"Məqsədimiz o deyil ki, biz bu məhkəmə sisteminə etibar edirik, onların ədalətinə inanırıq. Xeyr, biz Azərbaycan məhkəmələrindən ədalət görməmişik və gözləmirik də. Sadəcə olaraq, Əli Dəstək ifadəsi olaraq gəlmişik. Əli Əliyevin siyasi motivlərlə həbs olunmasını nümayiş etdirmək üçün gəlmişik. Həm də ki, avtoritar rejimin qeyri-qanuni fəaliyyətinə etiraz olaraq burdayıq".

Növbəti məhkəmə iclası yanvarın 25-nə təyin edilib.

XS
SM
MD
LG