Accessibility links

Siyasi məhbusların azad edilməsi tələbi ilə başladılan aclıq aksiyası 11 nəfərin iştirakı ilə davam etdirilir


Siyasi məhbusların azad edilməsi tələbi ilə başladılan aclıq aksiyası 11 nəfərin iştirakı ilə davam etdirilir
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Hazırda Müsavat partiyasının qərargahında 11 nəfər aclıq aksiyasını davam etdirir. Onlar Milli Şuranın üzvü Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq bu aksiyaya başlayıblar.

Səhhətində yaranan problemlər səbəbindən aksiyanı dayandıranlar olsa da, hər gün yeni fəallar aclıq aksiyasına qoşulur.

Aksiyaya qoşulan iştirakçılar deyir ki, tələbləri Tofiq Yaqublu və Bəxtiyar Hacıyev də daxil olmaqla, siyasi məhbusların azad edilməsidir.

"Rəsmi olaraq 13 gündür ki, Tofiq Yaqublu aclıq aksiyası keçirir. Biz ona dəstək olaraq bu aksiyaya qoşulmuşuq. Mən artıq 8-ci gündür ki, aksiyada iştirak edirəm. Həyatımda ciddi bir dəyişiklik yoxdur. Özümü yaxşı hiss edirəm", AXCP üzvü Zəkulla Nağıyev bildirib.

"Azərbaycan hökumətindən tələb edirəm ki, tez müddətdə Tofiq Yaqublu və Bəxtiyar Hacıyevi azad etsinlər. Həmçinin, bütün siyasi məhbusları azadlığa buraxsınlar", AXCP üzvü Şirvan Soltanov deyib.

"Tofiq Yaqublunun azadlığını istəyirik. Ona qarşı olan bütün bu hücumlar artıq dövlət tərəfindən terrordur, bir ailəni məhv etmək qərarına gəliblər. Tofiq bəy neçə gündür aclıq elan edib. Qanun olaraq həbsinə qarşı mübarizə aparır", AXCP üzvü Akif Ağayev qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Faiq Nağıyev bildirib ki, aksiyaya qoşulmaq istəyənlər, müraciət edənlər çoxdur lakin yer problemi olduğu üçün növbəli şəkildə aksiyanı davam etdirirlər. O həmçinin təcili tibbi yardım xidməti ilə bağlı narazılığını bildirib:

Hər gün təcili yardıma zəng olunandan sonra gəlir. İkincisi isə, gələndən sonra hamıya eyni diaqnoz qoyulur. Əsasən təzyiq ölçürlər. Təzyiq hər kəsdə 80/120 olur. Başqa göstərici yoxdur. Görünür ki, bu da hökumətin tapşırığıdır. Ola bilməz ki. Bu qədər adamda eyni göstərici olsun".

Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək aksiyaya davam edəcəklərini bildiriblər. Onlar yanvarın 17-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başlatdığı aclıq aksiyasını davam etdirirlər.

XS
SM
MD
LG