Accessibility links

Məhkəmə insan haqları fəalı Bəxtiyar Hacıyevin görüş və telefon danışıqlarına məhdudiyyətlə bağlı şikayətini təmin etməyib


İnsan haqları fəalı Bəxtiyar Hacıyev
İnsan haqları fəalı Bəxtiyar Hacıyev

Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin Xətai Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.

Xətai rayon Məhkəməsi həbsdə olan fəalın görüş və telefon danışıqlarına istintaq tərəfindən qoyulmuş məhdudiyyəti qismən bərpa etmişdi. Yalnız vəkilləri və yaxın qohumları ilə telefon danışıqlarına icazə verən bu qərardan Bəxtiyar Hacıyevin vəkilləri apelyasiya şikayəti vermişdi.

Vəkil Zibeydə Sadıqova Amerikanın səsinə bildirib ki, Bakı Apellyasiya məhkəməsi şikayəti təmin etməyib: "Bəxtiyarın neçə gündür pozulmuş hüquqlarının bərpası üçün tədbir görülməmişdi. Ona görə də, narazı qalıb apelyasiya şikayəti vermişdik. Bu gün məhkəmə həmin qərara baxdı və şikayətimizi təmin etmədi".

Vəkil Zibeydə Sadıqova: Bəxtiyar Hacıyevin vəziyyəti heç də yaxşı deyil, 2 gündür mədəsində qanaxma halı yaranıb
please wait

No media source currently available

0:00 0:01:12 0:00

Bəxtiyar Hacıyev məhkəmə iclasında iştirak edib. O öz çıxışında həbsinin qanunsuz olduğunu deyib. Vəkilin sözlərinə görə, artıq 9-cu gündür aclıq etdiyi üçün səhhətində ciddi problemlər yaranıb:

"Bəxtiyar Hacıyevin vəziyyəti heç də yaxşı deyil. O özü bildirdi ki, 2 gündür mədəsində qanaxma halı yaranıb. Öz etirazını bildirdi. Həbsinin qanunsuz olduğunu bildirdi. Apellyasiya məhkəməsinin qərarını da qanunsuz hesab etdiyini bildirdi. O davamlı şəkildə həkim tərəfindən müayinə olunmadığını dedi. Peşakar həkim kollektivi yoxdur ki, onun səhhəti ilə ciddi məşğul olsun".

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

XS
SM
MD
LG