Accessibility links

Məhkəmə Bəxtiyar Hacıyevin görüş və telefon danışıqlarına qoyulmuş məhdudiyyətlə bağlı şikayətini qismən təmin etdi


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Yanvarın 10-da Xətai rayon Məhkəməsində həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevin görüş və telefon danışıqlarına istintaq tərəfindən qoyulmuş məhdudiyyətdən verilmiş şikayətə baxılıb. Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət qismən təmin edilib.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə verdiyi məlumata görə, Bəxtiyar Hacıyev iştirak etmədiyi məhkəmə iclasında hakim Hacıyevin yaxın qohumlarla görüşmək və telefonla danışmaq qadağası ilə bağlı şikayətini təmin edib:

"Qərarda göstərilmişdi ki, digər şəxslərlə telefon danışıqları və görüşləri ümumiyyətlə qadağan olunsun. Yaxın qohumları ilə görüşmək və qanunla müəyyən edilmiş qaydada telefonla danışmaq hüququ bərpa edildi, həmin hissədə qərar qanunsuz hesab edildi. Digər hissədə şikayət təmin olunmadı. Məhkəmə onun hər kəslə telefon danışığı olan hissəsini təmin etmədi".

İnsan haqları fəalı Bəxtiyar Hacıyevin vəkili Elçin Sadıqov
please wait

No media source currently available

0:00 0:00:49 0:00

Vəkil bildirib ki, Bəxtiyar Hacıyevlə görüşdükdən sonra, onun istəyinə əsasən qərardan apellyasiya şikayəti verilə bilər.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

XS
SM
MD
LG