Mayın 10-da insan haqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.
Mayın 9-da Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və Meclis.info platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə baxılıb. Məhkəmə vəsatətləri təmin etməyərək jurnalistləri həbsdə saxlayıb.
Azadlıq qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti barədə danışıb. Azərbaycan Sərhədsiz Reportyorların son mətbuat azadlığı indeksində 164-cü yerə geriləyib. Qənimət Zahid isə həqiqi vəziyyətin daha ağır olduğunu düşünür.
Azərbaycan Sərhədsiz Reportyorların bu ilki mətbuat azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə sırasında 164-cü yerdə qərar tutub. Sərhədsiz Reportyorlar mediaya qarşı təzyiqlər və jurnalist həbslərinin Azərbaycanın sıralamada ciddi geriləməsinə səbəb olduğunu bildirib.
Avropa Parlamenti Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozanlara qarşı sanskiyalara çağıran qətnamə qəbul edib. Azərbaycan Milli Məclisi qətnaməni “obyektivlikdən uzaq” və “Azərbaycana qarşı qərəzli siyasi aksiya kimi” qiymətləndirib.
Daha çox yüklə