Accessibility links

Ursula fon der Leyen Avropa Komissiyasına sədrliyini davam etdirəcək


Ursula fon der Leyen yenidən Avropa Komissiyası prezidenti seçilməsini qeyd edir
Ursula fon der Leyen yenidən Avropa Komissiyası prezidenti seçilməsini qeyd edir

Avropa Parlamenti iyulun 18-də keçirilən səsvermə ilə Ursula fon der Leyen yenidən Avropa Komissiyasının prezidenti seçilib.

Gizli səsvermədə iştirak edən 707 parlament üzvündən 401-i Ursula fon der Leyenin lehinə, 284-ü isə əleyhinə səs verib. Almaniyalı siyasətçi ikinci müddətdə prezident olması üçün ən az 360 səs toplamalı idi.

Fon der Leyen səsvermədən əvvəl Parlament qarşısında çıxış edərək növbəti mandatı dövrünün prioritetlərini açıqlayıb. O, iqtisadi təzyiqlər, iqlim və təhlükəsizliklə bağlı təhdidlərə və narahatlıqlara toxunaraq rifah, sosial ədalət, ekoloji davamlılığı əsas tutacağını, qütbləşmə ilə mübarizə aparacağını vəd edib.

Ursula fon der Leyen həmçinin Avropanın “nə qədər lazımdırsa”, Ukraynanın yanında olacağını deyib və Macarıstan Baş naziri Viktor Orbanın Moskvaya səfərini tənqid edərək “bu dırnaqarası sülh missiyası sakitləşdirmə missiyasından başqa bir şey deyildi” - deyə, vurğulayıb.

“Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Azad və müstəqil ölkə üçün ədalətli və davamlı sülh. Avropa isə nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq. Biz Ukraynaya müqavimət göstərmək və qalib gəlmək üçün lazım olan hər şeyi verməliyik”, Avropa Komissiyasının Prezidenti əlavə edib.

Bir sıra dünya liderləri, o cümlədən Fransa, Almaniya, Böyük Britaniyanın dövlət başçıları, Ukrayna prezidenti Volodimir Zelenski Ursula fon der Leyeni yenidən seçilməsi ilə bağlı təbrik edib.

Forum

XS
SM
MD
LG