Aprelin 27-si AŞPA-da Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusunda ictimai dinləmə təşkil edilib. Tədbirdə Azərbaycanda media azadlığının vəziyyəti, jurnalistlərin sərbəst və təhlükəsiz fəaliyyətinə dair problemlər səsləndirilib.
Avropa Şurası Parlament Assambleyasında Rusiya və Belarusdakı siyasi məhbuslarla həmrəylik nümayiş etdirmək məqsədi ilə tədbir keçirilib. AŞPA liderləri rusiyalı müxalifət lideri Vladimir Kara-Murzanın 25 il həbs cəzasına məhkum edilməsini, Rusiyada və Belarusda siyasi repressiyaları pisləyiblər.
Avropa Parlamenti rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 il həbs cəzasına məhkum edilməsini pisləyən qətnamə qəbul edib. Qətnamədə Kara-Murzanın, habelə, Aleksey Navalnının həbsinin siyasi motivli olduğu deyilir, hər ikisinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırılır.
Hüquq müdafiəçisi Emin Hüseynov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə sənədi barədə danışır
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi, xorvatiyalı deputat Jelyana Zovko Parlamentin Azərbaycanla bağlı hesabatı qəbul etməsindən sonra Amerikanın Səsinə danışıb.
Avropa Parlamentinin portuqaliyalı deputatı, Azərbaycan üzrə kölgə məruzəçi İzabel Santos Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqları, demokratiya və media azadlığının vəziyyəti barədə narahatlığını ifadə edib.
Avropa Parlamenti Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri qiymətləndirən hesabat qəbul edib. Xorvatiyalı deputat Jelyana Zovkonun hazırladığı hesabat Azərbaycanın vacib enerji tərəfdaşı olduğunu vurğulamaqla bərabər, Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır.
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Zelyana Zovko Amerikanın Səsinə müsahibəsində qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji ehtiyaclarını qarşılamaq üçün vacib tərəfdaş olmasına baxmayaraq, ölkədə insan hüquqlarının, söz və media azadlığının vəziyyəti narahatlıq doğurur.
Daha çox yüklə