ABŞ Dövlət Departamenti Azərbaycanda insan hüquqları sahəsində ciddi problemlər olduğunu bildirib
ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumuna dair illik hesabatını dərc edib.
Hesabatın Azərbaycana həsr olunan bölməsində ölkədə ciddi problemlərin olduğu bildirilir.
Sənəddə deyilir: “2013-cü il 9 oktyabr prezident seçkiləri və 2010-cu il parlament seçkiləri demokratik seçkilər haqqında ATƏT-in əsas standartlarına uyğun olmayıb. İl ərzində insan haqları sahəsində aşağıdakı pozuntular daha çox qeydə alınıb: ifadə, toplaşma və birləşmə azadlığının məhdudlaşdırılması, jurnalistlərin, hüquq müdafiəçilərinin və demokratik fəalların qorxudulması, həbslər, güc tətbiq edilməsi.
Prezident seçkilərindən əvvəl hökumət dinc etirazlar üçün bir neçə əlverişsiz və ucqar yerlər ayırıb, icazəsiz etiraz aksiyaları zorla dağıdılıb, nümayişçilər saxlanılıb. Seçkilərdən əvvəl və sonra Bakıda müəyyən məhdudiyyətlər qoyulmaqla müxalifət beş mitinq keçirib. İl ərzində qəbul edilən düzəlişlər QHT-lərin maliyyələşdirilməsini çətinləşdirib. Prezident seçkilərindən sonra hakimiyyət seçkilərin monitorinqini aparan iki QHT-yə qarşı cinayət təqibinə başlayıb.
Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri həbs edilib, digər iki nəfərə ölkədən çıxmaq qadağan edilib. Vətəndaşların dinc yolla hökuməti dəyişdirmək imkanları məhdudlaşdırılır. 9 oktyabr prezident seçkilərində nöqsanlar repressiv siyasi mühitin olması, namizədlər üçün bərabər imkanların olmaması, bütün mərhələlərdə, o cümlədən seçki günü, şikayət və apellyasiyalara baxılarkən ciddi çatışmazlıqların olmasından ibarətdir. Yarıtmaz ədalət mühakiməsi, özbaşına həbslər və saxlamalar, siyasi motivli həbslər, prosessual normalara əməl olunmaması, icra hakimiyyətinin məhkəmə sisteminə təsiri - bütün bunlar dövlət məmurlarının özbaşınalığı kimi qəbul olunur. Eyni zamanda adi vətəndaşlara və ya onların ailə üzvlərinə qarşı cinayətlər cəzasız qalıb. Hakimiyyət təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarət həyata keçirib. Təhlükəsizlik qüvvələri insan hüquqlarını pozublar. Hakimiyyət mülkiyyət hüquqlarının qorunması məsələsində lazımi atmosferi təmin etməyib. Nəticədə məcburi köçürülmələr, binaların şübhəli əsaslarla sökülməsi, dövlətin götürdüyü mülkiyyətə görə adekvat kompensasiyanın ödənilməməsi baş verib. Prezident Administrasiyasının korrupsiyaya qarşı tədbirləri fonunda bütün səviyyələrdə korrupsiyanın geniş yayılması barədə şikayətlər var.
İnsan hüquqları sahəsində digər bir problem də orduda sui-istifadə hallarının baş verməsidir. Qeyri-döyüş şəraitində ölümlə bağlı 60 hal, həbsxanalarda ağır və təhlükəli saxlama şəraiti qeydə alınıb. Əvvəlki tək şəxsi həyata özbaşına müdaxilələr, qeydiyyatdan keçməyən bəzi müsəlman və xristian qruplar üçün din azadlığının məhdudlaşdırılması, siyasi həyatda iştirakın məhdudlaşdırılması, insan hüquqları sahəsində QHT-lərin qeydiyyata alınmaması halları baş verir.
Hökumət insan haqlarını pozan məmurların cəzalandırılması üçün tədbir görmək iqtidarında deyil. Bu cəzasızlıq problemə çevrilib".
Sənəddə həmçinin deyilir ki, Ermənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağın böyük hissəsinə və Azərbaycanın digər yeddi rayonuna nəzarət edirlər.
Hesabatın tam mətni ilə burada tanış ola bilərsiniz.
Rəsmi Bakı isə ABŞ Dövlət Departamentinin hesabatını qəbul etmir.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Virtualaz.org saytına deyib ki, hesabat “qərəzlidir və reallığı əks etdirmir”.
N.Məmmədovun sözlərinə görə, ABŞ Azərbaycanda baş verən proseslərə hər hesabatda olduğu kimi bu dəfə də qərəzli yanaşıb:
“Biz bu hesabatı qəbul etmirik. Bildiririk ki, həmin sənəd qeyri-obyektiv hazırlanıb. Orada insan haqlarının durumu, söz və sərbəst toplaşmaq azadlığı ilə bağlı əks olunanlar gerçəkliyə uyğun deyil. Həmin fikirlər Azərbaycandakı reallıqlar nəzərə alınmadan verilib. Təəssüf ki, biz ABŞ-ın ölkəmizə münasibətdə belə qərəzli yanaşması ilə tez-tez rastlaşırıq. Amerikanın Azərbaycana qərəzli münasibəti özünü Qarabağ məsələsində də göstərir. ABŞ Xocalı faciəsinə niyə hələ də qiymət vermək istəmir? Dövlət Departamentinin rəsmi nümayəndəsi xanım Psaki isə jurnalistlərin Xocalı soyqırımı ilə bağlı suallarına ümumiyyətlə məhəl qoymadı. Cənab səfir Morninqstar isə vasitəçi dövlətlərin Ermənistanı niyə təcavüzkar dövlət kimi tanımamsı sualına belə cavab verdi ki, biz heç kimi təhqir edə bilmərik. Vaşinqtonun Qarabağ məsələsinə münasibəti bax budur. Biz bu qeyri-obyektiv mövqe ilə razılaşmamalıyıq. İndiki hesabat da bu mövqeyin davamıdır”, Məmmədov bildirib.