Accessibility links

Uilyam Heyg: Böyük Britaniya ATƏT-in seçkiləri müşahidə missiyasının fikrini dəstəkləyir [Video]


Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyg
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyg

Böyük Britaniya xarici işlər naziri Azərbaycan jurnalistlərinin suallarına cavab verib




Rəsmi London Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı vəziyyəti necə qiymətləndirir? Cənab Heyg hüquq müdafiəçilərinin Qəbrin və Böyük Britaniyanın neft-qaz maraqları naminə demokratiya məsələlərini qurban verməsi ilə bağlı fikrini necə şərh edə bilər?

Turan agentliyi bu suallarla “Şahdəniz-2” yatağı üzrə investisiya layihəsinin imzalanması mərasimində iştirak üçün Bakıya gəlmiş Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heygə müraciət edib.

Suallara cənab Heyg belə cavab verib:

“Bizə elə gəlir ki, iqtisadi inkişaf insan hüquqlarını möhkəmləndirir. Ölkəmiz ümumi iqtisadiyyat və insan hüquqları strategiyasını qəbul edən ilk ölkə olub. Buna görə bu amillər arasında (energetika dəyərləri və insan hüquqları – red.) ziddiyyət yoxdur.
Biz iqtisadi inkişafın böyük siyasi açıqlıq demək olduğuna əsaslanırıq”.

Bloomberg müxbirinin Heygin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi məsələsini qaldırmasına dövlət başçısının reaksiyası ilə bağlı sualına cavabda Britaniya naziri qeyd edib ki, Azərbaycan prezidenti və xarici işlər naziri “bu iş və bir sıra digər spesifik işlər üzrə öz mövqelərini bildiriblər”.

Böyük Britaniyanın baş naziri İlham Əliyevi üçüncü müddət prezident seçilməsi münasibəti ilə təbrik etməyib, bu, Londonun seçkilərin uğursuz olduğunu etiraf etməsi deməkdir? BBC radiosunun bu sualına cavabda Heyg deyib ki, London təkcə Böyük Britaniyanın deyil, bir çox digər ölkələrin də nümayəndələrinin daxil olduğu ATƏT müşahidə missiyasının fikrini dəstəkləyir.

Bu sualdan sonra Heyg mətbuata təşəkkür edərək, brifinqin başa çatdığını bəyan edib.
XS
SM
MD
LG