Accessibility links

Amerika səfiri Amerika-Azərbaycan əlaqələrinin perspektivlərindən danışıb (Video)


Amerika səfiri Amerika-Azərbaycan əlaqələrinin perspektivlərindən danışıb
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Amerika səfiri Amerika-Azərbaycan əlaqələrinin perspektivlərindən danışıb

Riçard Morninqstar İqtisad Universitetində iqtisadiyyat, təhlükəsizlik, enerji, demokratiya, insan hüquqları, Dağlıq Qarabağ, İKT, nəqliyyat və başqa çoxsaylı sahələrə toxunub

Amerika ilə Azərbaycan arasında əməkdaşlığın əsas prioritetləri enerji, iqtisadiyyatın diversifikasiyası, demokratiya və insan hüquqları, təhlükəsizlik (Əfqanıstan, terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişəsi və b.) olaraq qalır.

Noyabrın 13-də Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycan İqtisadi Universitetinin müəllim-tələbə heyəti qarşısında Amerika-Azərbaycan əməkdaşlığının perspektivləri ilə bağlı çıxışı əsasən bunları əhatə edib.

Səfir 15 dəqiqəlik çıxışından sonra bir saat yarım da müxtəlif spektrli suallara cavab verib.

Biz “Şahdəniz-2” layihəsini dəstəkləməkdə davam edirik.
O Amerikanın Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq etdiyini bildirib. Bu əməkdaşlıq bundan sonra da davam edəcək.

“Biz “Şahdəniz-2” layihəsini dəstəkləməkdə davam edirik. Ümid edirik iki, ilin sonunadək biznes qərarı veriləcək”.

Səfirin fikrincə, uzunmüddətli sabitliyə nail olunması üçün ölkədə iqtisadiyyatın diversifikasiyası vacibdir. Biz bu sahədə Azərbaycana yardım etmək işinə sadiqik. Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda kənd təsərrüfatında biznes qruplarının yaradılmasında çox fəaldır. Əhalinin əhəmiyyətli hissəsi gəlirlərini kənd təsərrüfatından əldə edir və Azərbaycan hökuməti bu sahəni prioritet elan edib.

“Kənd təsərrüfatı Azərbaycan üçün əsas ixrac yönümlü sahə ola bilər. Mən ömrümdə dünyanın heç yerində Azərbaycandakı qədər dadlı meyvə-tərəvəz yeməmişəm. Azərbaycanda meyvə-tərəvəz sənayesi inkişaf etdikcə keyfiyyəti də artacaq”, səfir qeyd edib.

Mən ömrümdə dünyanın heç yerində Azərbaycandakı qədər dadlı meyvə-tərəvəz yeməmişəm.
O nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən deyib ki, Bakı-Vaşinqton birbaşa təyyarə reysinin açılması üçün Azərbaycan hökuməti ilə sıx danışıqlar aparılır.

“ Azərbaycan Avropanı cənubi və mərkəzi Asiya ilə birləşdirən “İpək Yolu” layihəsində böyük rol oynayır. Burada söhbət quru, dəniz və hava nəqliyyatından gedir”.

İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində iki ölkə arasında 2012-ci ildə birgə əməkdaşlıq sahəsində memorandum imzalanıb. Hazırda bu sahədə əməkdaşlığın genişləndirilməsi sahəsində araşdırmalar davam etdirilir.

Amerika şirkətləri Azerspase-1 peykinin texniki-iqtisadi layihəsinin hazırlanıb həyata keçirilməsinə kömək edib və “Azerspase-2” peykinin hazırlanmasına da kömək edəcək.

Amerika səfiri İqtisad Universitetində çıxış edib
Amerika səfiri İqtisad Universitetində çıxış edib
Amerika Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul edilməsini dəstəkləyir.

“ÜTT-yə üzvlük ölkədə biznes mühitini yaxşılaşdıracaq, rəqabət qabiliyyətliliyi artıracaq, iqtisadiyyatın diversifikasiyasına təkan verəcək, dövlət monopoliyasının biznes mühitinə mənfi təsirini aradan qaldıracaq”.

Onun sözlərinə görə, ÜTT-yə üzvlük üçün keçid dövrü nəzərdə tutulub

“Gələn ilin yanvar-fevral aylarında ÜTT-yə üzvlüklə bağlı işçi qrupu danışıqları davam etdirəcək. ABŞ bu sahədə texniki yardım göstərəcək”, o qeyd edib.

Bakı-Vaşinqton birbaşa təyyarə reysinin açılması üçün Azərbaycan hökuməti ilə sıx danışıqlar aparılır.
R.Morninqstar noyabrda Amerikanın geniş tərkibdə biznes təşkilatlarının nümayəndələrinin Azərbaycana səfərinin olacağını bildirib.

O iki ölkə arasında tələbə mübadiləsinin əhəmiyyətini də qeyd edib.

Azərbaycanın yerinin Rusiyanın təklif etdiyi Gömrük İttifaqında və ya Avroatlantik məkana inteqrasiyada olması ilə bağlı sualın cavabında səfir Morninqstar deyib ki, bu yalnız Azərbaycanın qərarından asılı olan bir məsələdir.

“Məndən Azərbaycanın yerinin Avrasiya İttifaqında və ya Avroatlanik məkanda olması barədə fikir ala bilməyəcəksiniz. Amma, biz Azərbaycanın qərbyönümlü olmasını istərdik. Bu heç də Rusiya ilə ya hər şey, ya da heç nə demək deyildir. Əsas odur ki, Azərbaycan suveren və müstəqildir, özü qərarlarını verir. Bizim 20 illik əməkdaşlığımız ölkənin suverenliyinin və müstəqilliyinin qorunmasına kömək edir”.

Səfir “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişdən danışarkən bildirib ki, düzəlişin ləğvi məsələsi Konqresdən asılıdır. Amerika Prezident Administrasiyası düzəlişin bir il uzadılmasına qərar verə bilir və hər il bunu uzadır.

Amma, biz Azərbaycanın qərbyönümlü olmasını istərdik.
“907-ci düzəliş” hazırda Azərbaycana hərbi avadanlıq və mexanizmlər satılmasına təsir göstərir. Biz iki ölkə hərbiçiləri arasında bu məsələnin hüquqi tənzimlənməsi üçün əlimizdən gələni edirik. Bu sahədə əlimizdən gələn isə terrorizmə qarşı mübarizə və dənizdə təhlükəsizlik məsələləridir”.

Səfir suallara cavada demokratiya, seçki və insan hüquqları sahələrinə də toxunub. Demokratiya, insan hüquqları əlaqələrin vacib tərkib hissəsidir.

“Demokratiya və insan hüquqları sahələrində əməkdaşlığımız daim qalacaq. Əminəm ki, Azərbaycan hökuməti ilə birgə səylə çalışacağıq ki, bu sahədə vəziyyət yaxşılaşsın. ABŞ hökuməti seçkilərlə bağlı mövqeyini açıq deyib. Biz seçkilərdən sonra baş verən prosesləri də sual altına almırıq. Azərbaycanla seçki və demokratiya sahəsində əməkdaşlığımız davam etdirəcəyik. Bunlar prezident Obamanın prezident Əliyevə ünvanladığı məktubda əksini tapıb”.

R.Morninqstar Azərbaycanın təbiətinin müxtəlifliyinə işarə edərək ölkədə turizmin inkişafı üçün yaxşı şəraitin olduğunu bildirib.

“Demokratiya və insan hüquqları sahələrində əməkdaşlığımız daim qalacaq.
“Turistləri cəlb etmək üçün ölkəyə girişi asanlaşdırmaq lazımdır”.

Amerika səfiri Dağlıq Qarabağ probleminin həlli məsələsində ölkənin 99 faiz əhalisinin eyni mövqedə olduğunu bildirib.

“Mən əhalinin məyusluğunu başa düşürəm, 20 ildir ki, nizamlanma yoxdur. Sadə insanlar belə sual edir ki, Amerika Dağlıq Qarabağ problemini niyə həll etmir? Asan olsa idi çoxdan həll edərdik. 90-cı illərin sonlarında Amerika dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə Dövlət Departamentində prezident Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan problemi həll etmək üçün danışıqlar aparırdı. Biz də gözləyirdik ki, problem həll olunacaq. Amma, bu belə olmadı. Biz 20 ildir Minsk qrupu ilə işləyirik ki, problemi həll edək. Əsas problem odur ki, Azərbaycan və Ermənistan böyük dövlətlərdən çox
Azərbaycan və Ermənistan rəhbərləri qəti şəkildə qərar verməlidir ki, məsələ qəti şəkildə həllini tapmalıdır.
şey gözləyir. Amerika problemin həllini istəyir. Amma, bu sehrli çubuğun yelləndirilməsi ilə həll edilən məsələ deyil. Azərbaycan və Ermənistan rəhbərləri qəti şəkildə qərar verməlidir ki, məsələ qəti şəkildə həllini tapmalıdır. Təbii ki, böyük dövlətlərin burada maraqları var. Amma prezidentlər qəti qərar verərsə böyük dövlətlərdə maraqlarını bu qərara uyğunlaşdırar. İki ölkə prezidenti qərara gələrsə Minsk qrupu və Amerika rəhbərləri də onlara kömək edəcək”, o vurğulayıb.

Səfir ümid edir ki, yaxın günlərdə iki ölkə prezidentinin görüşü baş tutacaq və ölkə rəhbərləri münaqişənin həlli istiqamətində qəti qərar verəcək.
XS
SM
MD
LG