“ABŞ Qazaxıstan neftinin Azərbaycan ərazisindən keçməklə dünya bazarına çıxarılmasını dəstəkləyir. Məndə olan məlumata əsasən hazırda müəyyən həcmdə Qazaxıstan nefti nəql olunur. Biz bu həcmin artırılmasını istərdik”. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinin sualının cavabında bildirib.
Səfir Morninqstar uzun illər Türkmənistan qazının Xəzər və Bakıdan keçməklə Avropaya nəql edilməsi ilə bağlı danışıqlarda iştirak edib.
“Bunun üçün çalışmışam. Bu Avropa Birliyi Azərbaycan və Türkmənistanın razılaşmalı olduğu, müzakirə etməli olduğu bir məsələdir. Amma bu baş verərsə, razılaşma əldə olunarsa biz şad olarıq”, o qeyd edib.
ABŞ hökuməti ATƏT-in Minsk Qrupuna yeni həmsədrin təyinatı məsələsini nəzərdən keçirir.
“Biz səbirsizliklə bunu gözləyirik. Yeni həmsədr vəzifəsinə çox namizəd var, lakin mən daha ətraflı məlumat verə bilmərəm”, R.Morninqstar bildirib.
Onun sözlərinə görə, müvəqqəti olaraq bu vəzifəni Yan Kelli icra edir və vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Seçkiöncəsi təzyiqlər və həbslər, Amerika hökumətinin bununla bağlı Azərbaycan hökumətinə təzyiqlərinin mümkünlüyü barədə sualın cavabında səfir Morninqstar deyib ki, ABŞ bu məsələni daim diqqətdə saxlayır.
“Amerika Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsini istəyir və buna çağırır. Bu istiqamətdə Azərbaycan hökuməti ilə mütəmadi olaraq fəaliyyət göstəririk və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, o qeyd edib.
Amerikanın Səsinin seçkilərin demokratikliyinin təmin olunması və həbsdəki fəalların azad edilməsi ilə bağlı sualının cavabında R.Morninqstar deyib ki, sadalanan məsələlər ABŞ-ın marağında olan və narahat edən məsələlərdir.
“ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün bir sıra proqramlar həyata keçirir. İndi seçkilərə 3 ay yarım vaxt qalır. Biz inanırıq və ümidvarıq ki, bu müddət azad və ədalətli seçkilərin keçirilməsi üçün kifayətdir. Biz saxlanılan şəxslərlə bağlı daim hökumətlə müzakirələr aparırıq”, səfir bildirib.