Accessibility links

Riçard Morninqstar: Amerika prezident Əliyevlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

ABŞ-ın Azərbaycandakı səfiri prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanat verib

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanatla çıxış edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir:

“Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. İstənilən tərəfdaşlarla olduğu kimi bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız var.

Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Həmçinin, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik.

ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi diversifikasiya daxildir.

Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik”, deyə bəyanatda qeyd olunub.
XS
SM
MD
LG