Azadlıq Radiosunun (RFE/RL) yayımına siqnal müdaxiləsi ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəyanatla çıxış edib.Səfir bəyanatı Bakıda səfərdə olan Azadlıq radiosunun (RFE/RL) prezidenti vəzifəsini icra edən Kevin Klozla birgə olarkən verib.
Sənəddə deyilir:
“Azad Avropa Radiosu/Azadlıq Radiosu (RFE/RL) prezidenti vəzifələrini icra edən Kevin Kloz ilə burada olmaqdan məmnunam.
Bura gəlməzdən öncə Kevin və mən Azadlıq Radiosunun Azərbaycandakı uğurlu fəaliyyətini, habelə Azadlıq Radiosunun və Azərbaycan dilində fəaliyyət göstərən digər KIV-lərin işinə təsir edən son hadisəni müzakirə etmişik. Belə ki, KIV-lər peyk proqramlarının bəzilərinin Azərbaycana yayımında çətinliklərlə üzləşmişlər.
Əvvəl də qeyd etdiyim kimi, Azadlıq Radiosu Azərbaycanın media mühitinə önəmli töhfələr verir. Onun xəbərləri Azərbaycanda obyektiv və müstəqil jurnalizm nümunəsi göstərir ki, bu çox önəmlidir.
ABŞ hökuməti son məsələdən çox rahatsızdır və məsələni müzakirə etmək üçün Azadlıq Radiosu ilə əlaqə saxlamışdır. Azadlıq Radiosunun mənə verdiyi məlumata əsasən bu ilin aprel ayından etibarən radionun Türksat peyki ilə proqram yayımı siqnal müdaxilələrinə məruz qalmışdır. Mən bu məsələni Azərbaycan hökuməti ilə müzakirə etmişəm və onun həll edilməsində hökumətin kömək göstərməsini istəmişəm. Bu seçki ilində, Azərbaycan hökumətinin məlumatın vətəndaşlara sərbəst çatdırılmasının təmin olunmasına kömək etməsi xüsusilə vacibdir.
ABŞ Azərbaycanda media və ifadə azadlığını güclü şəkildə dəstəkləyir və biz burada sözü gedən azadlıqların təmin olunmasından əmin olmaq ucun azərbaycanlı tərəfdaşlarımızla birgə işləmək istəyirik”, bəyanatda qeyd edilir.