“Azərbaycan hökuməti bizə məlumat verib ki, Milli Demokratiya İnstitutu (MDİ) ilə bağlı məsələ həll olunub. MDİ vətəndaş cəmiyyətini inkişaf etdirməyə kömək göstərmək üçün Azərbaycanda öz işini davam etdirəcək”. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar bəyanat yayıb.
Bir neçə ay öncə, Azərbaycanın hökumətyönümlü mediasında MDİ-nin əleyhinə tənqidi yazılar dərc edilməyə başlayıb, “facebook inqilabı hazırlamaq” və qeyri-leqal yolla müxalifətyönümlü gənclər təşkilatlarını maliyyələşdirməkdə günahlandırılıb.
Bundan sonra, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məqaləsində hökumətyönümlü medianın yazdıqlarına haqq qazandırıb, Baş Prokuror Amerika səfirliyinə MDİ-nin Azərbaycan qanunlarını pozması ilə bağlı məktub ünvanlayıb.
Amerika tərəfi dəfələrlə ittihamları təkzib edib və MDİ-nin Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərdiyini bildirib.