Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Azərbaycanda fəaliyyətini davam etdirməsinin mümkünlüyünü bildirib.
“ABŞ Milli Demokratiya İnstitutunun nümayəndələri ilə keçirdiyimiz görüşlər zamanı müəyyən şərtlər razılaşdırılıb”, o qeyd edib.
Şöbə müdiri deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb.
“Azərbaycanda “QHT-lər haqqında” qanunvericiliyin tələblərinə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar ölkədə fəaliyyət göstərə bilərlər”.
Həsənov həmçinin xatırladıb ki, Azərbaycanda fəaliyyət göstərmək üçün yerli və beynəlxalq qurumlar ilk növbədə Azərbaycan qanunlarının tələblərinə cavab verməlidir.
O İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi barədə də danışıb.
“İranda saxlanılan AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin azadlığa buraxılması ilə bağlı dövlətin müvafiq qurumları fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi öz münasibətini açıqlayıb və mövqeyini bildirib.
Bu il aprelin 30-da İranda AMEA-nın Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıb. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.