Accessibility links

Azərbaycanda ABŞ-ın Müstəqillik Günü qeyd edilib (Video)


Azərbaycanda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
please wait

No media source currently available

0:00 0:05:38 0:00

Azərbaycanda ABŞ-ın Müstəqillik Günü qeyd edilib

ABŞ səfirliyinin təşkil etdiyi qəbulda Amerika senatorları, konqresmenlər, Azərbaycan rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak edib

ABŞ-ın Azərbaycandakı səfirliyində Amerikanın müstəqilliyinin elan edilməsinin 237-ci ildönümü münasibəti ilə rəsmi qəbul keçirib.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ABŞ senatorları və konqresmenləri, siyasi partiya rəhbərləri, ziyalılar, dini konfessiyaların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, Azərbaycan özünü regional və qlobal məkanda önəmli rol oynayan müstəqil ölkə kimi təsdiq edib.

O Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini, enerji təhlükəsizliyinin, terrorizmə qarşı mübarizənin, beynəlxalq sülhün təmin olunmasında mühüm rol oynadığını xatırladıb. Amerika və Azərbaycan əsgərlərinin Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çiyin-çiyinə iştirakını yada salıb.

Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, son 20 ildə iki ölkə arasında 73 sənəd imzalanıb.

Nazirin fikrincə prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə birgə səylərin artırılmasına, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.

”Geosiyasi baxımdan mürəkkəb bir regionda yerləşən Azərbaycan ABŞ ilə qlobal və regional təhlükəsizlik, demokratik islahatlar, insan hüquqlarına hörmət, tolerantlıq kimi ümumi dəyərləri bölüşür”, o qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən S.Şərifov deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi problemin tənzimlənməsində mühüm rol oynayır

“Azərbaycan ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində mövcud status-kvonun qəbuledilməzliyinə dair qəbul olunmuş bəyanatı yüksək qiymətləndir”.

O həmçinin ABŞ-ınm Minsk qrupunda həmsədrinin təyin edilməsinin arzuolunan olduğunu diqqətə çatdırıb.

Nazir çıxışının sonunda prezident Əliyevin Azərbaycanın ABŞ ilə tərəfdaşlığına dair fikrini sitat gətirib:

“Azərbaycan bu regionda ABŞ-ın etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarla deyil, real işlərimizlə sübut edirik”.
XS
SM
MD
LG