Accessibility links

Front Line Defenders Təşkilatı Anar Məmmədlinin müdafiəsinə qalxıb


Anar Məmmədli
Anar Məmmədli

Hüquqlar. Risklər.Dəyişiklik!" kampaniyası ictimaiyyəti hüquq müdafiəçisini dəstəkləməyə çağırır

Mərkəzi ofisi Dublində yerləşən Front Line Defenders təşkilatı ictimaiyyətin diqqətini Şərqi Avropadan və Mərkəzi Asiyadan olan 12 insan hüquq müdafiəçisinin vəziyyətinə yönəltmək üçün Soçi Qış Olimpiyadasının açılışı ilə eyni gündə onlayn və sosial media kampaniyasına başlayıb.

"Hüquqlar. Risklər. Dəyişiklik!" kampaniyası (www.sportshrd.org) ictimaiyyəti bu 12 hüquq müdafiəçisini dəstəkləməyə və yerli rəsmilərdən hüquq müdafiəçilərinin fəaliyyətinə hörmətlə yanaşmağı tələb etməyə çağırır.

Uzun müddətdir həbsdə olan Ales Bialiatski (Belarus) və Azimjan Askarovdan (Qırğızıstan) Rusiyada ayrı-seçkiliyə qarşı və ətraf mühitin müdafiəsi üçün çalışan Stepaniya Kulayeva və Yevgeni Vitişkoyadək hüquq müdafiəçiləri insan hüquqlarını müdafiə edərkən böyük çətinliklərlə üzləşirlər.

Bu Qış Oyunları ərzində, Front Line Defenders təşkilatı diqqəti öz həyatlarına olan risklərə və çətinliklərə baxmayaraq digərlərinin fundamental hüquq və azadlıqlarının müdafiəsi üçün çalışan hüquq müdafiəçilərinə yönəldib.

Front Line Defenders təşkilatı on ildən artıqdır ki, riskdə olan insan hüquqları müdafiəçilərinə praktiki və operativ dəstək göstərmək üçün çalışır.

12 hüquq müdafiəçisindən biri Azərbaycandan olan Anar Məmmədlidir. O, 2013-cü il 9 oktyabrda prezident seçkilərində müstəqil müşahidə apararaq səsvermə və səslərin sayılması zamanı geniş şəkildə pozuntularla bağlı məlumat yayan və 2001-ci ildən Azərbaycanda müstəqil seçki monitorinqini həyata keçirən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədridir.

Ötən il dekabrın 16-da Anar Məmmədli qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG