Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi Anar Məmmədlinin barəsində həbs qətimkan tədbiri qərarından şikayətini təmin etməyib.
Rəşid Hacılının Amerikanın Səsinə verdiyi məlumata görə apellyasiya məhkəməsi hüquq müdafəçisi barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə birinci instanisya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Apellyasiya şikayətində qərarın ləğv olunması istənilib.
Vəkil qeyd edib ki, məhkəmə bunu əsas gətirib ki, Anar Məmmədli istintaqa mane ola bilər, istintaqdan qaçıb gizlənə bilər.
Vəkil Anar Məmmədli barəsində həbs qəti imkan tədbrinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciət edəcəyini vurğulayıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri qanunsuz sahibkarlıq, vergidən yayınmada ittiham edilir.
Anar Məmmədli və vəkilləri ittihamları əsassız siyasi motivli təqib hesab edirlər.