ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir:
Amerika Birləşmiş Ştatları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilməsi və sonradan üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsindən dərin narahatlıq keçirir.
İttihamların təfərruatları hələ də aydın deyil, lakin biz cənab Məmmədlinin həbsinin onun təşkilatının seçkilərin monitorinqi və hesabat verməsi ilə bağlı olub-olmamasını aydınlaşdırmalıyıq.
Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərdə qaldırmışıq və bu mövzuda müzakirələrimizi davam edəcəyik. Biz hüquqi prosesin davam etdiyi bir vaxtda cənab Məmmədlini dərhal azad etməyə çağırırıq. Biz və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə bağlı istintaqı diqqətlə izləməyə davam edəcəyik”, sənəddə qeyd edilir.
Dekabrın 16-da SMDT-nin rəhbəri Anar Məmmədli həbs edilib.
Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti) və 213.2.2-ci (külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Nəsimi Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.