Accessibility links

"Bakıda olan Avropa nümayəndələri insan haqları göstəricilərini qulaqardına vurmamalıdır"


Amnesty International: Bu dəhşətli bir hadisədir
Amnesty International: Bu dəhşətli bir hadisədir
Azərbaycan paytaxtı Bakıda Avropa liderləri mühüm enerji sazişi imzaladığı bir vaxt "Amnesty International" bildirir ki, Azərbaycan rəsmiləri nüfuzlu seçkiləri nəzarət təşkilatının rəhbərinin məhkəməsini vaxtında və ədalətli keçirməlidir. Amerikanın Səsinə qurumdan daxil olan bəyanatda deyilir ki, Bakı məhkəməsi səlahiyyətlərindən sui0istifadə, vergidən yayınma ittihamları ilə üzləşən Seçki Monitorinqi və Dekokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri barəsində qərar çıxararaq onun barəsində üç aylıq qətimkan tədbiri seçib.

"Rəsmilər tərəfindən daima onu və həmkarlarını susdurmaq təzyiqi ilə üzləşməsinə baxmayaraq Anar Məmmədli illərdir Azərbaycanda demokratiya və insan haqlarını tədris edir" - deyə "Amnesty International"-ın Avropa və Mərkəzi Asiya Proqramının direktor müavini Denis Krivoşyev bildirib. Bəyanatda habelə bildirilir ki, Anar Məmmədlinin həbsi Azərbaycanın vətəndaş cəmiyyətinə soyuq mesaj göndərməklə yanaşı İlham Əliyevin avtoriyar hakimiyyəti altında artan hədə-qorxu və özünü-senzura atmosferinə əlavə olunur.

"Azərbaycanda səfərdə olan Avropa nümayəndələri onları bu ölkəyə gətirən maliyyə maraqlarına bağmayaraq Azərbaycanın pisləşən insan haqları göstəricilərini qulaqardına vurmamalıdırlar" - deyə Denis Krivoşyev bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG