Accessibility links

Daniel Bayer: Biz Məmmədlini dərhal azad etməyə çağırırıq


ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer
ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer

ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri bildirir ki, İttihamın təfərrüatları hələ də aydın deyil

“ABŞ son dövrlərdə Azərbaycanda vətəndaş cəmiyyətinə təsir edən hadisələrin baş verməsindən, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsindən dərin narahatlıq keçirir”. Bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri, səfir Daniel Bayerin müstəqil seçki müşahidəçisi Anar Məmmədlinin Azərbaycanda həbsi ilə bağlı Vyanadakı Daimi Şuraya təqdim etdiyi bəyanatda qeyd edilir.

ABŞ-ın Bakıdakı səfirliyindən Amerikanın Səsinə daxil olna sənəddə deyilir ki, ittihamın təfərrüatları hələ də aydın deyil və Məmmədlinin saxlanılmasının onun rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilən seçkilərin monitorinqi və hesabatlılıq fəaliyyəti ilə bağlı olub-olmadığı sual doğurur.

"Birləşmiş Ştatlar bu məsələni Azərbaycan hökumətinin rəhbər şəxsləri qarşısında qaldırıb və bunu davam etdirəcək. Məhkəmə prosesi davam etdiyi bir vaxtda biz Məmmədlini dərhal azad etməyə çağırırıq. Biz Azərbaycan hökumətini müvafiq hüquqi prosedurlara əməl etməyə, məhkəmə prosesinin şəffaflığı və ədalətliliyini təmin etməyə çağırırıq", bəyanatda vurğulanıb.

Sənəddə həmçinin prezident Əliyev "QHT-lər haqqında" qanun layihəsini parlamentə qaytarmağa, layihəsinin beynəlxalq standartlar, ATƏT qarşısında götürülmüş öhdəliklərə uyğunlaşdırılması imkanlarını müəyyən etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna və Birləşmiş Millətlər Təşkilatının sərbəst toplaşmaq, birləşmək hüquqları üzrə xüsusi məruzəçisi Maina Kiaiyə müraciət etməyə çağırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG