Accessibility links

ATƏT-in Parlament Assambleyasının deputatları Anar Məmmədlini azad etməyə çağırır


 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Deputatlar Azərbaycan hökumətini qanunun aliliyinə hörmət etməyə çağırır

ATƏT ölkələrinin aparıcı Parlament Assambleyasındakı tanınmış deputatları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri (SMDTM) Anar Məmmədlinin həbsindən narahatlıqlarını bildirib.

ATƏT-in Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitə sədri İzabel Santuş (Portuqaliya) deyib ki, Anar Məmmədlinin həbsindən çox narahatdır.

“Mən hakimiyyəti tənqid edənlərin və özgəfikirlilərin susmağa məcbur edilməsi üçün hüquqi tədbirlərdən istifadə edilməsində bu həbsin Azərbaycan hökumətinin siyasətinin bir hissəsi ola biləcəyindən ehtiyat edirəm”, o qeyd edib.

“ATƏT üzvü olan Azərbaycan Anar Məmmədlinin işində qanunun aliliyinin, həmçinin onun rəhbərlik etdiyi QHT və vətəndaş qruplarının hakimiyyət tərəfindən müdafiəsinin təminatına görə məsuliyyət daşıyır”, Santos vurğulayıb.

Komitənin məruzəçisi Qordana Komik (Serbiya) Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azad etməyə çağırıb.

“Biz Azərbaycan hakimiyyətini ATƏT-in əsas prinsiplərinə əməl olunacağına zəmanət verməyə çağırırıq. Azərbaycanda daha bir vətəndaş fəalının həbsi bizim üçün yolverilməzdir. Biz bu məsələlərə dəqiq cavablar istəyirik”, məruzəçi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG