Accessibility links

Anar Məmmədlinin təbriki və yeni il arzuları


 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

O 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində “Seçki Məcəlləsi”nin ATƏT və Avropa Şurasının tövsiyələri əsasında təkmilləşdirilməsini, seçki praktikası və siyasi mühitin demokratikləşməsini zəruri sayır

"Yeni ildə bütün siyasi məhbuslara azadlıq arzulayıram. 2014-cü illə bağlı ən vacib gözləntim ölkədə siyasi dinamizmin bərpası, vətəndaşların siyasi proseslərə və insan hüquqlarının müdafiəsinə töhfəsinin artmasıdır". Bu sözlərlə hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli vəkil Rəşid Hacılı vasitəsi ilə həmkarlarını, hüquq müdafiəçilərini, jurnalistləri və ictimai-siyasi fəalları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib.

Məmmədli 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində “Seçki Məcəlləsi”nin ATƏT və Avropa Şurasının tövsiyələri əsasında təkmilləşdirilməsini, seçki praktikası və siyasi mühitin demokratikləşməsini zəruri saydığını bildirib. O, bu sahədə yerli və beynəlxalq təşkilatların birgə səylər göstərəcəyinə ümid edir.

Anar Məmmədli dekabrın 16-da qanunsuz sahibkarlıq, seçki saxtakarlığı və vergidən yayınma ittihamları ilə təqsirləndirilən şəxs qismində həbs edilib.

O ittihamları siyasi sifariş hesab edir və prezident seçkiləri ilə bağlı qanunsuzluqları əks etdirən hesabat yaydığına görə həbs edildiyini bildirib.


Çoxsaylı siyasi partiyalar, beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amerika Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini dərhal həbsdən azad etməyə çağırıb.

Amnesty İnernational Məmmədlini vicdan məhbusu kimi tanıyıb.
XS
SM
MD
LG