Accessibility links

Müsəlman Birliyi Hərəkatı üzvünün saxlanıldığını bildirilir


Müsəlman Birliyi Hərəkatının bir qrup fəalı həbsdə olan dindarların aclıq aksiyası əlaqədar mətbuat konfransı keçirəkən (13 iyun, 2022) 
Müsəlman Birliyi Hərəkatının bir qrup fəalı həbsdə olan dindarların aclıq aksiyası əlaqədar mətbuat konfransı keçirəkən (13 iyun, 2022) 

Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirovun saxlanıldığı bildirilir.

Müsəlman Birliyi Hərəkatından Amerikanın Səsinə bildiriblər ki, Şahin Qədirov noyabrın 23-də axşam saatlarında fəhlə işlədiyi obyektdən çıxarkən 3 nəfər mülki geyimli şəxs tərəfindən zorla “Toyota Camry” markalı avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Müsəlman Birliyi Hərəkatı Şahin Qədirovun saxlanılmasının motivini təxmin edə bilmir.

“Şahin Qədirov sakit təbiətli insandır. Ailəsini dolandırmaq üçün müxtəlif günəmuzd işlərdə fəhləlik edir. Ailəsi Şahinin saxlaılması barədə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə məlumat versə də, hələlik onun taleyi barədə məlumat ala bilmir," Hərəkatın mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından hələ məlumat almaq mümkün olmayıb.

Rəsmi dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 9 nəfər funksioneri və fəalı həbsdədir.

Mövzuya uyğun

XS
SM
MD
LG