Accessibility links

Hüquq müdafiə təşkilatı Azərbaycanda 122 siyasi məhbusun olduğunu iddia edir


Siyasi məhbus siyahısı
Siyasi məhbus siyahısı

Azərbaycan “Siyasi Məhbuslara Azadlıq” İttifaqı bu gün, sentyabrın 1-nə Azərbaycanda olan siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 122 nəfərin adı daxil edilib.

İyunun 4-də dərc edilmiş əvvəlki siyahıda 121 nəfərin adı var idi.

Həmin vaxtdan etibarən 14-15 iyul 2020-ci il Qarabağ aksiyasında iştiraka görə həbs edilmiş, amma koronavirus infeksiyasının qəsdən yayılması ittihamı ilə mühakimə edilmiş üç nəfər azadlığa çıxıb.

Eyni zamanda, siyahıya 4 nəfərin adı əlavə edilib.

Bu siyahıya yeni daxil edilənlər Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov, “Müsəlman Birliyi” hərəkatının fəalı Razi Hümbətov və “Gəncə işi” üzrə həbs edilmiş daha iki nəfərdir.

Siyasi məhbuslar altı qrupa ayrılıb: “Jurnalistlər və blogerlər” – 7 nəfər, “Müxalif partiyaların və hərəkatların üzvləri” – 7 nəfər, “Dindarlar” – 20 nəfər, ““Tərtər işi” üzrə həbs edilənlər” – 27 nəfər, ““Gəncə işi” üzrə həbs edilənlər” – 47 nəfər, “Ömürlük məhbuslar” – 14 nəfər.

Siyahı keçmiş “vicdan məhbusları” – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Elşən Həsənov tərəfindən tərtib edilib.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi iradəsinə görə təqiblərin olmadığını bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Ondan çox insan Amnesty International (Beynəlxalq Əfv) hüquq müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG