Accessibility links

Müsəlman Birliyi Hərəkatının üzvünə qarşı narkotik ittihamı irəli sürülüb 


Razi Hümbətov
Razi Hümbətov

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Bakının Nərimanov rayon Məhkəməsi Hembətov barəsində həbs qətimkan tədbiri seçib.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkil hələ Hümvbətovla görüşə bilməyib.

“Görüş üçün müraciət etməyimə baxmayaraq onunla hələ görüşə bilməmişəm. Hazırda Hümbətovun saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət hazırlayıram. Həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından isə apellyasiya şikayəti veriləcək,” vəkil qeyd edib.

Razi Hümbətov iyulun 7-də yaşadığı Abşeron rayonunun Ceyrənbatan qəsəbəsində saxlanılıb.

Müdafiə Xətti hüquq müdafiə təşkilatı bildirir ki, bu təşkilata daxil olan məlumata görə “Razi Hümbətov Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılır. Razi Hümbətovun işgəncə altında olduğu bildirilir.”

Müdafiə Xətti təşkilatı Ombudsman Aparatının əməkdaşlarından, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyindən məsələni nəzarətdə saxlamağı xahiş etdiyini bildirib.

Bununla yanaşı, rəsmi qurumlardan məlumat almaq hələ mümkün olmayıb.

XS
SM
MD
LG