Accessibility links

Müsəlman Birliyi Hərəkatının daha iki fəalı saxlanıb


Müsəlman Birliyi Hərəkatı daha iki fəalının saxlanıldığını bildirir.

Hərəkatın son məlumatına görə, dünən, iyunun 18-də Müsəlman Birliyi Hərəkatının fəalı Nicat Əliyevlə bərabər, digər iki fəaı Yasin Əhmədov və Vüqar Əliyev də saxlanılıb.

Dünən Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Yasin Əhmədov 10 sutka inzibati həbsə məhkum edilib.

Müsəlman Birliyi Hərəkatının fəallarının saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları hələ məlumat yaymayıb.

Fəlların saxlanılması Sumqayıt şəhərində bir sıra yerlərdə divarlara "Allahı söyənlər cəzalandırlsın!" şüarı yazıldıqdan sonraya təsadüf edir.

Xatırladaq ki, 19 il həbsə məhkum edilən Tale Bağırzadə iyunun 3-də aclığa başlayıb. O, inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qalmasına etiraz edir və həmin şəxslərə işgəncə zamanı Allahı təhqir edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzr istəməsini tələb edir.

XS
SM
MD
LG