Accessibility links

Tale Bağırzadə 18 gündür aclığı davam etdirir, səhhətində problemlər yaranıb


Tale Bağırzadə
Tale Bağırzadə

İyunun 20-də vəkil Fəxrəddin Mehdiyev Qobustan Qapalı Həbsxanasında "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadəyə baş çəkib.

Bağırzadə 18 gündür aclıq edir, onun səhhətində ciddi problemlər yaranıb.

"Bağırzadə həddindən artıq arıqlayıb. Üzü ağarıb, səsi zəifləyib, yüksək temperaturu düşmür. Buna baxmayaraq, o, aclığı davam etdirmək niyyətindədir," vəkil bildirib.

"Bağırzadə həkim nəzarəti altındadır," deyə o qeyd edib.

Taleh Bağırzadə iyunun 3-də dindarların dindirilməsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq aclığa başlayıb. Həbsxanalarda ondan çox məhbus və azadlıqda bir neçə şəxs aksiyanı dəstəkləyib.

Daxili İşlər Nazirliyi polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır.

XS
SM
MD
LG