Accessibility links

Taleh Bağırovun həyat yoldaşı: “Görüşə eynəyi sınıq gəlmişdi…”


Taleh Bağırov
Taleh Bağırov

"Taleh Bağırov artıq 14 gündür aclıq edir. Bunu Qobustan həbsxanasının rəisinin otağında Taleh Bağırovun özünün söylədiklərinə əsaslanıb deyirəm."

Bu barədə Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovla görüşündən sonra həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində bildirib.

Leyla İsmayılzadə: “Nadzorlar Hacı Talehin qoluna girib apararkən dedi, aclıq…”
please wait

No media source currently available

0:00 0:04:53 0:00

Leyla İsmayılzadə deyib ki, fevralın 12-də günortadan sonra həyat yoldaşı ilə görüşə bilib.

Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə
Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə

"Görüşümüz Qobustan həbsxanasının rəisi Aftandil Ağayevin otağında oldu. Taleh Bağırzadənin atası və mən görüşdüm. Əvvəlcə 15-20 dəqiqə Ağayevlə söhbətimiz oldu. Sonra Taleh Bağırzadənin özünü otağına gətizdirdi. Mən Talehdən soruşdum, niyə evə zəng etmirsən? Dedi, burada rəhbərlik icazə vermir. Soruşdum ki, bəs aclıq edirsən? Dedi ki, bəli işgəncələrə etiraz edib, aclıq edirəm. Rəıs Avtandil Ağayev dedi ki, Cabbar Cabbarov (söhbər Müsəlman Birliyi Hərəkatının fəalı Cabbar Cabbarovdan gedir-red) özü bir şəxsiyyətdir, hara istəyir şikayət edə bilər. Hacı Taleh bildirdi ki, xeyr, biz birgə tutulmuşuq, bir olmuşuq, ona edilən işgəncələrə görə mən də etiraz edirəm. Taleh fevralın 12-də dedi ki, artıq 12 gündür aclıq edir, askiyanı davam etdirəcək.”

Mən Talehdən soruşdum, niyə evə zəng etmirsən? Dedi, burada rəhbərlik icazə vermir. Soruşdum ki, bəs aclıq edirsən? Dedi ki, bəli işgəncələrə etiraz edib, aclıq edirəm.
Leyla İsmayılzadə

İsmayılzadə Taleh Bağırovla birgə Abbas Hüseynin (Müsəlman Birliyi Hərəkatının sədr müavini) və Cabbar Cabbarovun aclıq etməsi ilə bağlı xəbərlərin nə qədər düzgün olub-olması ilə bağlı sualın cavabında deyib ki, Taleh Bağırovla görüşləri çox qısa olduğundan ona çoxlu suallar verə bilməyib.

“Ondan iki və ya üç sual soruşa bildim. Dedim evə niyə zəng etməmisən? Vəkillə niyə görüşmürsən? Dedi ki, vəkillə görüşdən özüm imtina etmişəm. Evə zəng etməyə burada icazə vermirlərsə, bəs, niyə vəkillə görüşə icazə verirlər? Yəqin, bunların planları var. Bu vəkilləri də Yalçın İmanovun aqibəti gözləyir (Vəkil Yalçın İmanov müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması ilə bağlı məlumat yaydıqdan sonra Penitensiar Xidmətin şikayəti ilə vəkillik fəaliyyəti dayandrılıb-red). Ona görə mən də vəkilimlə görüşdən imtina etdim. Yenə də rəis demək olar ki, Hacı Talehin üzünə durdu ki, `biz zəng etməyə icazə veririk, sən özün zəng etmirsən`. Bu zaman, hacı əsəbləşdi, dəfələrlə dedi ki, `siz zəng etməyə qoymursunuz, mən dəfələrlə demişəm ki, ailəmlə bir-iki dəqiqə də olsa danışacam, siz şərait yaratmırsınız`. Gördü ki, Aftandil Ağayev onu tamamilə inkar edir, hacı əsəbiləşdi, otağı tərk etdi,” İsmayılzadə qeyd edib.

Leyla İsmayılzadə həyat yoldaşının səhhəti ilə bağlı danışarkən deyib ki, “zəif idi, arıqlayıb, yorğunluq hiss olunurdu.”

“Bir də eynəyi sınmışdı, əlində idi. Ondan eynəyinin niyə sındığını soruşa bilmədim. Bilmirəm orada nə ediblər, eynəyi sınıb. Eynəyinin bir qulpu sınmışdı. Eynəyi sınıq gəlmişdi.”

Hacı zəif idi, arıqlayıb, yorğunluq hiss olunurdu. Bir də eynəyi sınmışdı, əlində idi.
Leyla İsmayılzadə

İşgəncə halı ilə bağlı sualın cavabında İsmayılzadə Taleh Bağırova istinadən bunları deyib: “Taleh Bağırov işgəncələrlə bağlı rəisin üzünə dedi ki, koridora çıxanda sən 5-6 nəfəri mənim üstümə göndərmisən. Onlar mənim qolumu qanqrena etmişdilər. Daha ətraflı soruşa bilmədik ki, onlar koridorda ona nə ediblər? Onun qoluna necə işgəncə ediblər ki, qanqrena olub? İşarə ilə rəisə qolunun yuxarı hissəsini göstərdi. Yenə rəis onu da inkar etdi.”

Həyat yoldaşı bildirib ki, Taleh Bağırovla nöbəti görüşü baş tutarsa işgəncələrlə bağlı hansı instansiyalara şikayət edilməsini müzakirə edəcək.

“Nadzorlar hacının qoluna girib apararkən də dedi ki, aclıq, Cabbar Cabbarova qarşı işgəncələrə etiraz edirəm,” İsmayılzadə Amerikanın Səsinə müsahibəsində deyib.

Mehman Sadıqov
Mehman Sadıqov

Penitensiar Xidmət isə həm Taleh Bağırov və digər məhbuslara işgəncə verilməsi, həm də taleh Bağırov və digərlərinin aclıq aksiyası keçirməsi barədə deyilənləri təkzib edir.

Mən əminliklə deyirəm, o məhkum aclıq eləmir, eləməyib.
Mehman Sadıqov, Penitensaar Xidmətin rəsmisi

"Mən əminliklə deyirəm, o məhkum aclıq eləmir, eləməyib də. Aclıq aksiyası elə-belə olmur. Bunun üçün müəssisə rəhbərliyinə ərizə ilə müraciət olunur, səbəbi öyrənilir. Aclıq edən məhkum digərlərindən ayrı saxlanılır, həkim nəzarəti altında olur," Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.

2015-ci ilin noyabrında Nardaran hadisələri nəticəsində həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Abbas Hüseyn, hərəkatın bəzi fəalları Qobustan Həbsxanasında saxlanılır. Son vaxtlar onlar həbsxanada işgəncələrə məruz qalmaları barədə bəyanatlarla çıxış edirlər. Hətta Taleh Bağırovun özünə xəsarət yetirmək həddinə çatdırıldığı deyilir Abbas Hüseynin ağır fiziki işgəncəyə məruz qalması barədə onun ailəsi məlumatlar yayıb.

Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi və qeyri-insani rəftarla bağlı məlumatları bir qayda olaraq təkzib edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG