Accessibility links

NİDA-çıların məhkəməsi yenidən təxirə salınıb


NİDA-çılar hakimə arxa çevırıb
NİDA-çılar hakimə arxa çevırıb

Məhkəmə prosesi yanvarın 30-da davam edəcək

Yanvarın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının 7 fəalının və Azad Gənclik təşkilatının üzvünün işi üzrə məhkəmə prosesi təxirə salınır.

Vəkil Rəşid Hacılının Amerikanın Səsinə verdiyi məlumata görə Milli Təhlükəsizlik Nazirliyindən (MTN) olan şahidlər prosesə gəlməyiblər. Məhkəmə dünən də həmin səbəbdən təxirə salınmışdı.

Onun sözlərinə görə MTN-in şahidləri regionda xidmətdə olduqlarından məhkəmə təxirə salınıb.

Hakim növbəti proseslərə digər şahidlərin də dəvət olunacağını söyləyib.

“NİDA-çılar həmin şahidlərin məhkəməyə məcburi gətirilməsi qərarını çıxarmaq təklifi veriblər.

Növbəti proses yanvarın 30-da davam edəcək.

Gənclər martın 10-da Bakıda Fəvvarələr Meydanında etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar. Onlara qarşı həmçinin qanunsuz partlayıcı maddə, narkotik saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb.
XS
SM
MD
LG