Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA Hərəkatının 7 fəalının və “Azad Gənclik” Hərəkatının üzvü İlkin Rüstəmzadənin işi üzrə hazırlıq iclası davam edib.
Gənclər bu il martın 10-da Bakıda etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda təqsirli bilinir. Öncə gənclər qanunsuz silah və narkotik maddə saxlamaqda ittiham olunub.
Mart-aprel aylarında bu ittihamla NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı həbs olunub.
Mayda İlkin Rüstəmzadə xuliqanlıq ittihamı üzrə həbs edilib.
Bu günkü hazirlıq iclasında İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin müddəti 4 gündür başa çatsa da o, qanunsuz olaraq həbsdə saxlanılır. Vəkil İlkin Rüstəmzadənin dərhal azadlığa buraxılmasını istəyib.
Dövlət ittihamçısı isə ötən prosesdə müdafiəçilərin verdikləri vəsatətlərə münasibət bildirib. Prokuror həmin vəsatətlərin əsassız olduğu üçün təmin olunmamasını xahiş edib.
Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov müdafiə etdiyi şəxslərin dəmir qəfəsdən çıxarılaraq yanında əyləşmələrini, eyni zamanda məhkəmə baxışının başlanmasına razı olmadıqlarını, cinayət işinə xitam verilməsini istəyib.
Bu günki proses zamanı həmçinin elektrik enerjisi kəsidiyində zalda 20 dəqiqə işıq olmayıb.
Hakim vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib.Adət üzrə məhkəmənin təxirə salınma tarixini hakim deyil, konvoy köməkçisi elan edib. Proses noyabrın 22-də davam edəcək.