Hüquq-mühafizə orqanlarına martın 10-da keçiriləməsi nəzərdə tutulan razılaşdırılmamış aksiyada insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcək 3 şəxs barəsində daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarları əsasında araşdırılıb.
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, bu qurumların əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Bəxtiyar Quliyevin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan «Molotov kokteyli» adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb.
Eyni zamanda “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Şahin Novruzlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd «Molotov kokteyli», 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb.
Həmçinin Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Məmməd Əzizovun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində «təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan» sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulub.
İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə “Nida” Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak ediblər. Onların yaşadıqları mənzillərdən aşkarlanmış “Molotov kokteyli” adlanan tez alışan maye onlar tərəfindən hazırlanıb.
Bundan başqa, bu il yanvarın 26-da keçirilmiş qanunsuz aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki yazışmalarında dinc aksiyaların fayda vermədiyini, insanlar arasında vahimə yaratmaq effekti verən “Molotov kokteyli”ndən istifadə edilməsinin lazım olduğunu bildirib, aksiyanın digər iştirakçısı B.Quliyev “Facebook” sosial şəbəkəsində Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi və əhalinin aqressiv addımlar atması üçün “Molotov kokteyli”, səs və tüstü şaşkalarından istifadə edilməsinin zəruri olduğunu müzakirə edib və sonuncu artıq 10 ədəd “Molotov kokteyli” hazırladığıənə qeyd edib.
Ş.Novruzlu bu il fevralın 23-də “facebook”dakı profilində “Molotov kokteyli”, səs və tüstü şaşkalarının kustar üsulla hazırlanmasını öyrədən videomateriallar yerləşdirib.
Martın 10-da saat 16.00-da paytaxtın Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyası zamanı Ş.Novruzlu “facebook”da martın 1-də yaratdığı səhifədə “Molotov kokteyli”nin istifadə edilməsinin lazım olduğunu bildirib, həmin gün çoxlu sayda “Ven Detta” maskası alaraq sonradan digər şəxslərlə paylaşıb. Bundan başqa, Ş.Novruzlu “facebook”da naməlum şəxslə yazışmala¬rın¬da tüstü şaşkasının hazırlanmasında istifadə olunan kalium duzunun əldə edilməsi ilə bağlı müzakirələr də aparıb.
Hazırda aşkar edilmiş “Molotov kokteyl”lərinin harada və kimlər tərəfindən hazırlanması, narkotik vasitələrin hansı mənbədən əldə edilməsi və gənclər tərəfindən istifadə edilməsi, o cümlədən Ş.Novruzlunun mənzilində aşkar edilmiş 94.0 min manatın hansı mənbədən əldə edilməsi və gələcəkdə nə məqsədlə istifadə olunması istintaq yolu ilə araşdırılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.