Accessibility links

Ölən əsgərlərin cəsədləri nə üçün yarılır? [Audio-Müsahibə]


Tibbi ekspert Adil Qeybulla əsgər ölümlərinin detalları barədə danışır

Son günlər Azərbaycanda çoxlarını narahat edən başlıca məsələ hərbi xidmətdə olan əsgərlərin ölüm faktlarıdır. Rəsmilər əsgərlərin intihar etdiyini, əsgərlərin valideynləri isə övladlarının qətlə yetirildiyini iddia edirlər. Adətən ölən əsgərin ailəsinə onun cəsədi yarıldıqdan sonra verilir ki, bu da orqanların satılmasına dair şübhələrə yol açır. Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibbi ekspert Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində cəsədlərin nə üçün yarılmasına aydınlıq gətirir. Cənab Qeybulla ilə müsahibəni təqdim edirik:

please wait

No media source currently available

0:00 0:05:19 0:00
Direct link

Sual: Adil bəy, son günlər Azərbaycanın gündəmini əsgər ölümləri silkələməkdədir. Ölən əsgərlərin ailələri və eləcə də ictimaiyyət buna etiraz əlaməti olaraq martın 10-da aksiyaya hazırlaşır. Əsgər ölümlərində məqamlardan biri də əsgərlərin cəsədlərinin yarılmasıdır. Əsgərlərin cəsədi nə üçün yarılır? Belə bir təcrübə qanunauyğundurmu?

Cavab: Bu cür ölümlərin hər biri məhkəmə tibbi-ekspertizasında keçməlidir və ölümün birbaşa səbəbi sübuta yetirilməli, müəyyən edilməlidir. Ona görə də bunlar məhkəmə tibbi əhəmiyyətli ölümlər sayıldığına görə, yəni əsgər ölürsə buna mütlət diaqnoz qoyulmalıdır. Xüsusilə nəzərə alsaq ki, burada ölümün birbaşa səbəbi bəzən müəyyən edilməyə bilər, ona görə, yarılma bununla bağlıdır, bu, anotomil araşdırma xarakteri daşıyır. Burada kriminal və qeyri-qanuni heç nə yoxdur. Amma əsgər ölümləri bizim hər birimizi narahat edir, çünki, bu, həm milli ordumuza güvən məsələsidir, həm ümumiyyətlə əsgərin nüfuzu məsələsidir. Əsgər ən müqəddəs şəxsdir. O, torpağı qoruyur və qardaş Türkiyədə olduğu kimi Azərbaycanda da əsgərə hər yerdə hörmət olunmalıdır. Yəni ona müqəddəs bir şəxs kimi yanaşılmalıdır. Bu baxımdan da əsgər ölümlərinin statistikası vətəndaşları narahat etməyə bilməz.

Sual: Ölən əsgərlərin cəsədləri yarılarkən onların ailələrindən icazə alınmalıdırmı?

Cavab: Ölüm haqqında onlara məlumat verilməlidir. Bəzi hərbi qaydalar var və bu hərbi qaydalara görə ölümün hansı şəraitdə baş verməsi, məsələn, xüsusi tapşırıq yerinə yetirərkən, döyüş tapşırığı və s. hərbisiz əhəmiyyətli olarsa, o, müəyyən yerə qədər açılmaya bilər. Amma ölümün səbəbi mütləq açılmalıdır, mütləq tibbi-ekspertizanın rəyi olmalıdır. O rəy əsasında ölüm haqqında şəhadətnamə verilməlidir. Ona görə də yarılma ailədən icazə alınmadan aparıla bilər. Bu mütləq aparılmalıdır.

Sual: Adil bəy, bəs cəsəd yarılarkən orqanlar çıxarılırmı, və ya çıxarılmırsa, bunu təsdiq edən hər hansı sənəd ölən əsgərin ailəsinə təqdim edilməlidirmi?

Cavab: Rəsmi protokol olmalıdır. Əsgərin yarılması zamanı rəsmi protokol olur. Yalnız daxili orqanlardan – beyindən, qandan, sidiklər analiz üçün nümunələr götürülür. Çünki burada zəhərlənmə, xəstəlik, müəyyən amillərini təsiri faktoru ola bilər. Nümunələr götürüləndən sonra həmin orqanlar yerinə də qoyulur. Məsələ bundan gedir ki, daxili orqanlardan hansısa formada istifadə və s. mümkün deyil. Orqanlar yalnız o halda götürülə bilər ki, şəxs sağ olsun, beyin ölümü keçirsin, sağlam olsun. O halda donor kimi orqan götürülüb köçürülməsi mümkün olsun. Valideynlərin ağlına gəlməsin ki, yarılmaqda başqa məqsəd var, yox. Sadəcə olaraq yarılma ölümün səbəbini araşdırmaq məqsədi daşıyır. Bu bir qaydadır və hər bir təsadüfi ölüm, istər xəstəxanada olsun, istərsə döyüş zonasında mütləq məhkəmə tibbi-ekspertizasının müayinəsindən keçməlidir və ölümün birbaşa səbəbi təsbit olunmalıdır.

Sual: Bəs Azərbaycan rəsmiləri bu ailələri və eləcə də ictimaiyyəti necə əmin edə bilər ki, öldürülən əsgərlərin orqanları müxtəlif başqa vasitələrlə istifadə edilmir?

Cavab: Əgər əsgərin orqanı başqa vasitəylə istifadə edilibsə, bu ciddi bir kriminaldır. Düşünmürəm ki, yarılmalar bununla bağlı olsun. Siz bilirsiniz ki, təxminən bir il öncə Milli Təhlükəsizlik Nazirliyi bu məsələ ilə bağlı xeyli araşdırma apardı. Xeyli insan, klinika məsuliyyətə cəlb edildi. Orqan köçürülməsi ilə bağlı xaricdən buraya xeyli axın var idi. Heç bir şəxsdən qeyri-leqal yolla orqan götürülə bilməz. Donor haqqında qanuna görə orqan ancaq beyin ölümü keçirmiş şəxslərdən valideynlərinin, himayədarlarının razılığı ilə götürülə bilər. Əks halda bu cinayət xarakteri daşıdığı üçün mən hesab edirəm ki, bu, mümkün olan məsələ deyil. Əgər belə bir fakt varsa, o ciddi şəkildə araşdırılmalıdır və lazımi ölçü götürülməlidir.
XS
SM
MD
LG