Accessibility links

Bu gün Göyçayda nə baş verirdi? - Emin Milli danışır [Müsahibə]


Əsgər Seymur Allahverdiyevin dəfn mərasimi
Əsgər Seymur Allahverdiyevin dəfn mərasimi

"Dayıları dedi ki, cənazəni gətirəndə heç üstündə bayraq da yox idi"

3 gün öncə rəsmi məlumata görə intihar etmiş əsgər Seymur Allahverdiyev bu gün Göyçay rayon Kürdəmiş kəndində dəfn edilib. Dəfn mərasimində iştirak etmək üçün Göyçaya gedən bloger Emin Milli, hüquq müdafiəçisi Vidadi İsgəndərli və bir neçə jurnalist qeyri-adi hadisə ilə qarşılaşıb. Emin Milli Amerikanın Səsinə müsahibəsində bildirib ki, kəndin girişində polis onların qarşısını kəsərək mərasimdə iştiraklarının qarşısını almağa çalışıb və bunu mərasim sahiblərinin istədiyini səbəb göstərib. Lakin daha sonra mərhumun atası hadisə yerinə gələrək belə bir istəklərinin olmadığını bildirib. "Mən həyatımda ilk dəfə idi ki, bununla rastlaşdım. Görməmişdim ki, kiminsə yasına getməyə sənə imkan vermirlər. Mən bunu yalnız kitablardan oxumuşdum, filmlərdə görmüşdüm. Amma artıq bu, Azərbaycanda bizim başımıza da gəlir" - deyə Emin Milli bildirib.

Bloger nəhayətdə mərasimdə iştirak edə bildiklərini deyib. Onun sözlərinə görə, orada insanlar çox qəzəbli idilər, belə bir vəziyyətə son qoyulmasını istəyirdilər. Mərhumun ailəsi dəfn mərasimini ləngidərək cəsədin ekspertizadan keçirilməsini istəyib. "Üçüncü gün idi ki, mərhum əsgər torpağa tapşırılmırdı. Artıq vəziyyət kritik vəziyyətə çatmışdı. İstədikləri o idi ki, dövlət bir münasibət bildirsin. Təsəvvür edin ki, onun dayıları mənə dedilər ki, cənazəni gətirəndə heç üstünə bayraq da yox idi" - deyə Emin Milli Amerikanın Səsinə müsahibəsində bildirib.

Bloger Emin Milli ilə müsahibəyə buradan qulaq asa blərsiniz:

please wait

No media source currently available

0:00 0:12:23 0:00
Direct link
XS
SM
MD
LG