Accessibility links

Rəşad Həsənov: NİDA həmişə dinc mübarizə tərəfdarı olub [Video]


Rəşad Həsənov
Rəşad Həsənov

Gənc fəalların məhkəməsi davam edir

Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmə baxışı davam edib.

Gənc fəallar məhkəmə zalında alqışlarla qarşılanıb.

Prosesi izləməyə gələnlər məhkəmə zalında mikrofon olmadığından danışıqları eşidə bilmədikləri hakimin diqqətinə çatdırıb.

Bu zaman, NİDA üzvü Zaur Qurbanlı ayağa qalxaraq “Hacı Məmmədovun ağır cinayətlərimi törətmişik?, deyə hakimə Məmmədovun məhkəməsində mikrofonlardan istifadə edildiyini xatırladıb. Lakin hakim onun sualına əhəmiyyət verməyərək prosesi davam etdirib.

Daha sonra hakim təqsirləndirilən Rəşad Həsənova ifadə verməyi təklif edib. Lakin o, hazırkı mərhələdə ifadə vermək istəmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Martın 14-də Milli Təhlükəsizlik Nazirliyində verdiyi ifadədə Rəşad Həsənov özünü təqsirli bilmədiyini, əsgər ölümlərinə etiraz olaraq dinc aksiyada iştirak etdiyini, “Molotov kokteyli” və iğtişaşlar törətməklə bağlı ittihamların heç bir əsasının olmadığını bildirib.

Bununla belə Həsənov ABŞ-ın Milli Demokratiya İnstitutunda (MDİ) işləyən Ruslan Əsədovla bağlı ibtidai istintaq zamanı suala cavabda deyib ki, R.Əsədovu tanıyır və MDİ heç bir zaman NİDA-ya maliyyə yardımı etməyib.

Rəşad Həsənov ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edib və indiyəDƏK nədə günahlı olduğunu müəyyən edə bilmədiyini deyib.

Bununla belə Rəşad Həsənov prokurorun və vəkillərin suallarını cavablandırıb.

O, bildirib ki, Məhəmməd Əzizovla üzləşmə zamanı Əzizov ilkin ifadəsinin təzyiq altında verildiyini deyib.

R.Həsənov deyib ki, NİDA-nın məqsədi demokratik dəyişikliyə nail olmaqdır. Onun mübarizə yolu dincdir. 10 mart aksiyasına internetdə İlkin Rüstəmzadə tərəfindən yaradılan event vasitəsilə qatılıb. NİDA olaraq onlar hər hansı təşkilatlanmış aksiya etməyiblər.

O, bildirib ki, aksiya ordudakı ciddi problemlərə, keçmiş nazir Səfər Əbiyev başda olmaqla müdafiə nazirliyinə etiraz olaraq keçirilib.

“Bu hakimiyyəti Misirdəki inqilab kimi devirmək kimi planlarımız yoxdur”, deyən Rəşad Həsənov bildirib ki, hər zaman dinc mübarizə tərəfdarı olub və kütləvi iğtişaşlar yaratmaq cəhdində ittiham olunması tamamilə absurddur.

Məhkəmə dekabrın 26-da davam etdiriləcək.

NİDA-çılar martın 10-da Bakıda Fəvvarələr Meydanında kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar. Bundan əlavə, onlara qarşı qanunsuz silah və narkotik maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb.
Rəşad Həsənov: NİDA həmişə dinc mübarizə tərəfdarı olub
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG