NİDA Vətəndaş Hərəkatının son məlumatına görə, Nəsimi məhkəməsi fəallar Şahin Novruzlu həbsini daha 3 ay müddətinə uzadıb.
****
Avqustun 28-də Bakının Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının həbsdə olan iki fəalının barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə deyib ki, Rəşad Həsənov, Bəxtiyar Quliyevin həbs müddəti dekabrın 7-dək uzadılıb.
Onun sözlərinə görə, ibtidai istintaq bu dəfə də həbs müddətinin uzadılmasını onunla əsaslandırıb ki, yeni istintaq hərəkətləri aparılmalı, ekspertiza rəyləri alınmalıdır.
Vəkil bu arqumentlərin əsassız olduğunu bildirib və apelyasiya şikayətinin veriləcəyini deyib.
Eyni zamanda məhkəmədə çıxış edən Rəşad Həsənov indiyədək həbs edilməsinin səbəbini bilmədiyini və ona qarşı heç kimin əlavə ifadə vermədiyini vurğulayıb.
Buna görə həbsdə saxlanılmasına lüzum bilmədiyini vurğulayıb.
Bu gün eyni zamanda daha bir NİDA-çı Məhəmməd Əzizovun da həbs müddətinin uzadılması gözlənilir.
NİDA vətəndaş hərəkatının 7 üzvü həbs edilib. Martın 9-da NİDA-nın üç fəalı – Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov saxlanılıb. Məhkəmə onların narkotik və partlayıcı maddələr saxlamaq ittihamı ilə 3 ay müddətinə həbsinə qərar verib.
İstintaq onların mənzilində narkotik maddə və “Molotov kokteyli” aşkarlayıb. Lakin gənclərin ailə üzvləri bunların mənzillərə gənc fəalları saxlayan MTN işçiləri tərəfindən qoyulduğunu deyir.
Amnesty İnternational həbsdə olan NİDA-çıları vicdan məhbusu” sayır.-