Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsinə müsahibəsində Almaniyanın “Teoder Haker” (Theodor Haecker) adına beynəlxalq mükafatına layiq görülməsi və Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunmasından danışıb. L.Yunus Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməkdə davam etdiyini bildirib.
“Mükafatlar hüquq müdafiə fəaliyyətimə görə təqdim edilib və bu ölkədə insan hüquqları sahəsində vəziyyətin “qırmızı xətti” keçdiyini göstərir”, deyə o qeyd edib.
Müsahibədən seçmələr:
- Beş il əvvəl Azərbaycanda bu qədər çox insan hüquqları pozulmurdu. Bütün sahələrdə, - yəni işgəncələr, gənc fəalların həbsi, mülkiyyət hüququ, söz azadlığı, vətəndaş cəmiyyəti institutlarına qarşı təzyiqlər o qədər artıb ki, bunu görməmək mümkün deyil. Avropanın aparıcı dövlətləri bunu yaxşı başa düşür.
- Demokratiya və insan hüquqları ilə bağlı mükafatlarla ilk öncə ölkələrdəki duruma qiymət verirlər. Fikir verin, mükafatları alan ölkələr hansılardır, - Çin, Ruanda, Zambiya, Konqo, İran, Meksika, indi isə Azərbaycan insan hüquqları sahəsində tamamilə əlverişsiz ölkələr siyahısına enib. “İşğalçı rejim” Azərbaycanı bu ölkələrlə eyni sıraya daxil edib.
- Almaniyada insanlar təəccüb edir ki, Avropa Şurasının üzvü olan Azərbaycanda insanların mülkiyyət hüququ müdafiə edilmir. Biz ölkədə yaşadığımızdan ağır
durumu yalnız görürük, amma kənardan bunlar daha dəhşətli görünür. İnsanların evlərini onların razılığı olmadan, etiraz etmələrinə baxmayaraq sökürlər. Narazı insanların mülkiyyətinin əvəzində kompensasiya da vermirlər. Mənim evimi də söküblər.
- Avropa ölkələrinin öz siyasətləri var. Onların dövlət rəhbərləri ölkələrinə, vətəndaşlarına hörmət edir. Onlar dövlətlərinin siyasətini yeridir. Bu ölkələrə neft də, qaz da lazımdır, Misirin keçmiş prezidenti Mübarəkə əl də verirlər. Ancaq
görəndə ki, hansısa ölkədə insan hüquqları pozulur, demokratiya yoxdur, öz ölkələrinin siyasətinə hörmət olaraq həmin ölkələrdə insan hüquqları uğrunda mübarizlərə mükafatlar verirlər.
- Azərbaycanda vəziyyət çox ağır və çətindir. Bu günki “kriminal rejim” mənim fikrimcə özünü itirib. Çünki bir tərəfdən hər gün tutatutdur, gəncləri, NİDA-çıları tutmaq nə deməkdir. “Açıq Fikir” Universitetini bağlamaq nəyin göstəricisidir? Bunlar hətta insanların bir yerə toplaşıb kitab oxumasından qorxurlar.
-
Qanunlara son dəyişikliklər edilməsi göstərir ki, beynəlxalq öhdəliklərə ümumiyyətlə baxmırlar. Yeganə imkan, Azərbaycan vətəndaşlarının özlərini vətəndaş kimi hiss etməsinə qalıb. Vətəndaşlar özlərinə hörmət edərək hökumətin qanunlara hörmət etməsini tələb etməlidir. Vətəndaşlar iqtidardan tələb etməlidir ki, qanun olsun, qanun çərçivəsində seçki olsun, qanun çərçivəsində kim çox səs toplayır ölkəni o idarə etsin.
- Mən inanmıram ki, Azərbaycanı indi idarə edənlərin uzaqgörəndir. Fikirləşirəm ki, onlar vəziyyəti dərk etmirlər.
“Mükafatlar hüquq müdafiə fəaliyyətimə görə təqdim edilib və bu ölkədə insan hüquqları sahəsində vəziyyətin “qırmızı xətti” keçdiyini göstərir”, deyə o qeyd edib.
Müsahibədən seçmələr:
Avropanın aparıcı dövlətləri bunu yaxşı başa düşür.
Mükafatlar ilk öncə ölkədəki durumun qiymətidir.
- Almaniyada insanlar təəccüb edir ki, Avropa Şurasının üzvü olan Azərbaycanda insanların mülkiyyət hüququ müdafiə edilmir. Biz ölkədə yaşadığımızdan ağır
Kənardan bunlar daha dəhşətli görünür
- Avropa ölkələrinin öz siyasətləri var. Onların dövlət rəhbərləri ölkələrinə, vətəndaşlarına hörmət edir. Onlar dövlətlərinin siyasətini yeridir. Bu ölkələrə neft də, qaz da lazımdır, Misirin keçmiş prezidenti Mübarəkə əl də verirlər. Ancaq
Misirin keçmiş prezidenti Mübarəkə əl də verirlər.
- Azərbaycanda vəziyyət çox ağır və çətindir. Bu günki “kriminal rejim” mənim fikrimcə özünü itirib. Çünki bir tərəfdən hər gün tutatutdur, gəncləri, NİDA-çıları tutmaq nə deməkdir. “Açıq Fikir” Universitetini bağlamaq nəyin göstəricisidir? Bunlar hətta insanların bir yerə toplaşıb kitab oxumasından qorxurlar.
-
İnsanların bir yerə toplaşıb kitab oxumasından qorxurlar.
- Mən inanmıram ki, Azərbaycanı indi idarə edənlərin uzaqgörəndir. Fikirləşirəm ki, onlar vəziyyəti dərk etmirlər.