Accessibility links

Leyla Yunus: Bu rejim siyasi məhbuslarsız işləyə bilmir [Audio]


Hüquq müdafiəçisi Leyla Yunus
Hüquq müdafiəçisi Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktorunun fikrincə, əfv sərəncamı ölkədə siyasi məhbus problemini həll etməyib. Hazırda həbsxanalarda 54 siyasi məhbus qalır

Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə siyasi məhbus probleminin həll edilmədiyini bildirib. Onun sözlərinə görə, dünənki əfv sərəncamı ilə indiyədək ən çox siyasi və vicdan məhbusu həbsdən azad edilib.

Leyla Yunusla müsahibə
please wait

No media source currently available

0:00 0:05:30 0:00
Direct link


“Əvvəlki əfv fərmanları kimi indiki əfv fərmanı da Azərbaycanda siyasi məhbuslar problemini həll etmədi, baxmayaraq ki, ilk dəfə olaraq bir sərəncamla siyasi motivlərlə həbs olunmuş 14 nəfər azadlığa buraxılıb”, hüquq müdafiəçisi qeyd edib.

Onun dediyinə görə, əfv olunan siyasi məhbusların çoxu cəzasının böyük hissəsini çəkib.

“Bununla belə, müsbət haldır ki, hakimiyyət eyni vaxtda 14 siyasi məhbusu azad edib. Bu, Azərbaycan üçün görünməmiş haldır, çünki əvvəllər bir sərəncamla azadlığa 5-8 siyasi məhbus çıxırdı”, - L.Yunus bildirib.

Hüquq müdafiəçisi bu əfv sərəncamı ilə daha çox siyasi məhbsusun azad ediməsini Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hesabatının qarşıdakı müzakirəsi ilə izah edib.

“Orada hakimiyyət bəyan edə bilər ki, problemin həlli ilə bağlı addımlar atılıb, halbuki Azərbaycan həmişə siyasi məhbuslar probleminin olduğunu inkar edir. Amma, digər tərəfdən də onları həbsdən azad edir”, - o vurğulayıb.

Onun fikrincə, əslində siyasi məhbuslar problemi nəinki həll olunmayıb, hətta məhkəmə proseslərinin əsassız yubadılması ilə bağlı yeni həyəcanlı tendensiyalar var. Belə ki, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun (Dövlət Bayrağı Meydanında evləri sökülən sakinlərin hüquqlarını müdafiə edib) işi üzrə proses apreldən, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının isə məhkəməsi maydan davam edir. Onların hər ikisi oxşar ittihamla həbs olunub - rüşvət tələb etmək.

L.Yunusun sözlərinə görə, həbsxanalarda azı 54 siyasi məhbus var. Bunların 4 nəfəri hüquq müdafiəçisidir – İlham Əmiraslanov (“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı), İlqar Rzayev (SÜLH VƏ Demokratiya İinstitununu könüllüsü), Bəxtiyar Məmmədov və Hilal Məmmədov (Talış Mədəniyyət Mərkəzinin rəhbərinin müavini, “Tolışi sado” qəzetinin baş redaktoru).

Bundan əlavə, Sülh və Demokratiya İnstitutunun siyahısında 7 jurnalist həbsdədir - Əvəz Zeynallı, Zaur Quliyev, Vüqar Qonaqov (hər ikisi “Xəyal”TV-nin əməkdaşıdır), Araz Quliyev (Masallı rayonunda xeber44.com dini online nəşrin baş redaktoru), Nicat Əliyev (dini azadxeber.org online nəşrin baş redaktoru), Fərəməz Allahverdiyev (sosial şəbəkələrdə yazıların dərcinə görə) və Fuad Hüseynov (Ucar rayonundan jurnalist).
Siyahıda həmçinin İslam Partiyasının 6 fəalının adı var. Bura Mövsüm Səmədov və Səid Dadaşbəylinin qrupundan 10 siyasi məhbus da daxildir.

Bununla yanaşı Sülh və Demokratiya İnstitunun siyahısında 18 nəfər var ki, onlar 1990-cı illərdə dövlət çevrilişinə cəhdə görə ömürlük həbs olunublar.

Sülh və Demokratiya İnstitutu keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi, onun qardaşı biznesmen Rafiq Əliyevi, keçmiş səhiyyə naziri Əli İnsanovu və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlını siyasi məhbus hesab edir.

İnstitut daha 5 nəfəri də siyasi məhbus hesab edir. Onların barəsində hökm qanuni qüvvəyə minməyib və ya istintaq altındadırlar. Bunlar Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublu, ölkənin şimal regionundan iki dindar Raqib Pirəliyev və Şərafəddin Mahmudovdur.

Hüquq müdafiəçisi siyasi məhbus probleminin bütövklükdə həlli üçün müstəqil məhkəmə sisteminin olmasını vacib sayır. Onun fikrincə, Azərbaycan məhkəmələr haqqında qanun qəbul etsə də müstəqil məhkəmələr hələ də yoxdur.

“Daha doğrusu müstəqil məhkəmələrin olması hakimiyyət üçün sərfəli deyil. Çünki siyasi məhbus problemi siyasi hakimiyyətin sifətidir. Bu rejim siyasi məhbuslarsız işləyə bilmir. Vətəndaşları qorxu içərisində saxlamaq üçün vətəndaşları siyasi sifarişlə həbs edirlər”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG