Accessibility links

Hüquq müdafiəçiləri Avropa Şurasının baş katibinin müavini ilə görüşüb və mübahisə edib


Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb
Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb

Görüşdə əsas mövzu siyasi məhbus məsələsi olub. Hüquq müdafiəçilərinin baxışları fərlidir

Oktyabrın 31-də Avropa Şurasının Bakı nümayəndəliyində bir qrup hüquq müdafiəçisinin Avropa Şurası baş katibinin müavini Qabriela Bataina-Dragoni ilə görüşü keçirilib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, görüşdə siyasi məhbuslar, hakimiyyətin bu məsələ üzrə xüsusi məruzəçi Kristofer Ştrasserin Azərbaycana səfərlərini qadağan etməsi məsələlərindən danışılıb.

Eyni zamanda, AŞPA Monitorinq Komitəsinin məruzəçiləri Aqramunt və Qreş Bakıda tez-tez olurlar, onların Azərbaycanda vəziyyətə verdikləri qiymət obyektiv deyil və görünür, “onların məruzələri Azərbaycan Prezident Administrasiyasında yazılır”, xanım Yunus bildirib.

Bununla əlaqədar olaraq, vətəndaş cəmiyyəti fəalları AŞPA-ya bu məruzəçilərin dəyişdirilməsi xahişi ilə müraciət yazıb. Bu məruzəçilərin obyektiv olmaması barədə Human Rights Watch-un bəyanatında qeyd edilib, xanım Yunus vurğulayıb.

O, Qabriela Draqoninin diqqətini Azərbaycanın Avropa Şurası qarşısında öz öhdəliklərini faktiki olaraq yerinə yetirməməsi faktına çəkib. Yunus xatırladıb ki, tezliklə Azərbaycan AŞPA Nazirlər Kabinetində sədrlik edəcək. 21 öhdəlikdən cəmi 4-ü yerinə yetirilib, yeddisi ümumiyyətlə, qalanları isə qismən yerinə yetirilməyib.

“Bu vəziyyəti necə təsəvvür edirsiniz?”, deyə o soruşub.

O həmçinin qeyd edib ki, ondan sonra çıxış edən həmkarları xanım Yunusun dediklərini təkzib edib və onu “Azərbaycanı sevməməkdə ittiham ediblər”.

“Bütün bunlar mənə Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənovun ittihamlarını, habelə 1989-cu ildə Nemət Pənahlının məni eyni şeydə ittiham etməsini və qanımda Azərbaycanlı qanından başqa qan olub-olmadığını yoxlamaq üçün ekspertiza keçirilməsini tələb etməsini xatırlatdı”, deyə Yunus bildirib.

Məzəmmətlərin daha bir səbəbi Leyla Yunusun Talış Mədəniyyət Mərkəzinin həbs edilmiş lideri, “separatçı” olan Hilal Məmmədovun və İranın xeyrinə casusluqda ittiham olunan islamçıların hüquqlarını müdafiə etməsi olub.

Öz növbəsində, görüşün digər iştirakçısı, Qadın Hüquqları Komitəsinin sədri Novella Cəfəroğlu bildirib ki, heç də Leyla Yunusun fikrinə qarşı çıxmayıb

“Onun öz fikri var, bizim isə öz fikrimiz. Hesab edirik ki, islamçılar arasında İranla əlaqəsi olanlar da var, azad olunmalı olanlar da”, deyə Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, “Dadaşbəylinin qrupu” siyasi məhbuslar hesab oluna bilməz və bu işə məhkəmə qaydasında baxılmalıdır.

AŞPA məruzəçisi Kristofer Ştrasserə gəlincə, o, Bakıya gələcək və ona viza veriləcək.

Biz onun Azərbaycana gəlməsini çox istəyirik, belə ki, hazırda AŞ siyasi məhbuslar məsələsində ikili standartlardan istifadə etmir. AŞPA-nın payız sessiyasında siyasi məhbus ifadəsinin konkret tərifi verilib, həmçinin, başqa ölkələrdə də belə məhbusların olduğu qeyd edilib.

“Mən hökuməti sevməyə bilərəm, amma Azərbaycanı sevirəm, Leyla Yunus haqqında isə bunu deyə bilmərəm”, deyə Novella Cəfəroğlu bildirib.

O, həmçinin təsdiq edib ki, görüşdə Hilal Məmmədovun məsələsi müzakirə edilib.

“Leyla Yunus onun talış olduğu üçün həbs edildiyini iddia edib. Lakin bu, heç də belə deyil, biz işə bu cür yanaşmanın əleyhinəyik, amma onun dərhal azad edilməsinin tərəfdarıyıq”, deyə o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG